Page 237 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 237
Laøa Tabukaøvili
– Mәnim üçün çox xoşdu.
– Sәn bir buna bax! – Merini gülmәk tutdu. – Saat neçәdi?
– Dördün yarısı.
– Aha... – Qız yenә әsnәdi, sonra çarpayıda nәsә xışıldadı.–
Haradasan, ay oğlan?
– Burada.
– Bura haradı?
– Qapının yanında dururam.
– Bәs orada niyә dayanıbsan, gәl çarpayıda әylәş.
– Aşağı, böyük otağa enmәliyәm, mәni gözlәyirlәr.
– Onlara heç nә olmaz. Yadımda qalıbsan, çox yaraşıqlı
oğlana oxşayırsan... Gәl, mәni qaldır.
Teranqi çarpayıya yaxınlaşıb әlini onu bihuş elәyәn
qoxuya sarı uzatdı. Merinin incә barmaqları yavaşca onun
әlindәn yapışdı, sonra gözlәnilmәdәn qolunu bәrk dartdı.
Teranqi özünü saxlaya bilmәyib çarpayıya yıxıldı. Meri gülә-
gülә oğlanı qucaqlayıb dodaqları ilә dodaqlarını tapdı.
– Teranqi, Teranqi, – qız pıçıldayırdı, – istәyirsәn, sәnin
Merin olum? Sәnin Merin, sәnin Merin olum? Teranqi,
pencәyi soyun, mәni niyә incidirsәn? Sәn ki böyük oğlansan,
yoxsa yenә özünü uşaq sayırsan? Soyun, ilk dәfә deyil ki
qadınla olursan?
– Yox, – Teranqi bu mәsәlәdә yalan danışdı.
Givi kefli vaxtı ona qadın gәtirmәyә söz vermişdi, amma
bu da Odessa kimi dәrhal yadından çıxırdı. Meri donunu
xışıldada-xışıldada soyunurdu. Nәhayәt:
– Gәl... – deyib oğlanı bәrk-bәrk qucaqladı. – Qorxma, gәl. 237
Az sonra ikisi dә hәrәkәtsiz uzanmışdı., yalnız qolları bir-
birinә toxunurdu.
– Yaxşı oğlansan, Teranqi. Meri dә pis qız deyil. Buna nә
sözün var? – Meri sevgi ilә soruşdu.
Teranqi boğazını arıtladı:
– Mәn sizi sevirәm!
Qız qaranlıqda dinmәzcә gülümsәdi.