Page 235 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 235
Laøa Tabukaøvili
– Görmәdin, Givi dә meyitә döndü?
– Havanın işıqlaşmasını gözlәyәk.
– İşıq yansa, meşәdәn birtәhәr keçәrik. Sonra da çöldü,
maşınları asanlıqla taparıq.
– Әgәr yoxdusa, bәs onda?..
Otağa sıxıntılı sükut çökdü.
– Vay, ana, dözә bilmirәm, dözә bilmirәm... Nәfәsim
kәsilir! – Bir qız dәlicәsinә qışqırdı. – Kömәk elәyin, kömәk
elәyin, nәfәs ala bilmirәm... A-a-h...
O, qab-qaçağın sındığı vә kiminsә yıxıldığı yerә sәrildi.
Teranqi dәrhal sәs gәlәn sәmtә getdi, amma özü dә şüşәlәrә
ilişib lәngәrlәdi.
– A-a-a...
– Bir yerin yaralanmadı ki?.. Sakit olun, sakit olun!!!
– Nәfәsim kәsilir, qaranlıqdı, ay ana, – qız oğlanın әlindә
yara lı quş kimi çırpınırdı.
– Teranqi, onun çәnәsinә bir yumruq ilişdir, gör necә
sakitlәşәcәk, – kiminsә atmacası eşidildi.
– Oy, oy, vay, nәfәsim kәsilir.
– Taxtda oturun, bu dәqiqә su gәtirәrәm.
– Bәdbәxt dәli!
Teranqi mәtbәxә qaçdı, oradan әlindә su dolu bardaq
keflәrinә soğan doğranmış alimәnsәblәrin yanına qayıtdı.
Çox keçmәdi ki qız sakitlәşdi, artıq yalnız asta hıçqırtısı
eşidilirdi.
– Teranqi! – qızın cürәtsiz sәsi gәldi.
– Mәni ayaqyolunacan ötürә bilәrsәn?
– Baş üstә! – oğlan dalğın halda dillәndi. 235
– Hardasan?
– Burada... Әlinizi verin, söykәnin!
– Amma sәn burada gözlә, heç yerә getmә, yoxsa ürәyim
partlayar.
– Nә danışırsan, heç yana getmәrәm.
Teranqi söz vermәsinә baxmayaraq, qız hәr on saniyәdәn
bir sәslәnirdi ki, görsün oğlan gedib, ya yox.