Page 233 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 233
Laøa Tabukaøvili
– Givini hәlә oyatmayaq? – Teranqi yuxarı baxa-baxa
soruşdu.
– Onu sәhәrәcәn oyada bilmәrik.
Teranqi qapını örtüb hәyәtә endi. Hava sәrin idi. Әliylә
şüşәsi çıxarılmış saatın әqrәbini yoxladı. Saat üç idi.
Böyük otaqdan gәlәn sәslәr bir anlığa kәsildi, sonra hamısı
eyni vaxtda quruldaşdılar.
– Nә oldu, kim söndürdü? Heç kәsdә kibrit yoxdu? Tfu,
bunun anasını ağladım, heç nә görünmür. Yәqin, elektrik xәtti
xarab oldu... heç nә görünmür. Doğrudan, heç nә seçilmir? Nә
Ay çıxıb, nә ulduzlar gözә dәyir... Sәn, deyәsәn, şeir dә yazır -
san. Ay camaat, nә oldu? Givini oyadın! Onu oyada bilәrsәn?!.
Bәs neylәyәk? Vay dәdә, mәnә niyә toxunursan?... Vay, alnım!
Qıçını kim belә atdı? Mәni tәpiklә kim vurdu? Yerlәrinizdә
әylәşin, yoxsa bir-birimizi şil-küt elәyәcәyik... O koru
çağırın... O zәhrimarın adı necә oldu?.. O, evә yaxşı bәlәddi,
nәsә mәzәli bir adı var... Teranqi!!! Teranqi!!! Teranqi!!!
Teranqi pillәlәri birnәfәsә qalxıb otağa girdi.
– Nә olub? – o, hәyәcanla soruşdu.
– Bundan artıq nә olmalıdı, ay sağolmuş? Bütün işıqlar
söndü.
– Ondan ötrü nә fәrqi var.
– Sәn bizә bir çarә qıl.
– İşıq xәttimiz zavoda bağlıdı, sönübsә, demәli, sәhәrәcәn
olmayacaq.
– O zәhrimara qalmış zavod haradadı?
– Çox uzaqdadı.
– Vay ana! Vay ana! 233
– Yaxşı, qızlar, haray-hәşiri qurtarın.
– Buradan necә gedәcәyik?
– Gör nә bayquş qaranlıqdı!
– Vay!
Kimsә masaya ilişdi, bütün boşqablar yerә tökülüb xıncım-
xıncım oldu, bir başqası şüşәlәrә ilişib yıxıldı.
Qaranlıq otaq zarıltı vә söyüşlә dolmuşdu.