Page 229 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 229
Laøa Tabukaøvili
– Yaxşıyam, hәr şey hazırdı!
– Xalan, Aniko hanı?
– Sizә kömәyә getdi.
– Givi, qurtar o laylayı, deynәn görәk nә hazırlanmalıdı.
– Tanış olun, qohumum Teranqidi!
– Tanıyırıq.
– Çox gözәl. – Bir neçә qız, oğlan Teranqiylә әl tutdu.
– Hәm dә iş görün, hәm dә iş!
***
Çox keçmәdi ki – cәmi iki saat sonra – süfrә dava mey -
danına oxşadı. Cavanların yarısı oynayır, yarısı içir, yarısı
dövrә vurub otururdu. Divanda oturmuş, әlindә qәhvә fincanı
olan qız çox ciddi görkәmlә fala baxırdı, qızlar isә bu mәn -
zәrәyә mәәttәl qalmışdılar.
– Sәn dә fala baxırsan, Giviko?
– Baxıram.
– Kartla, yoxsa qәhvәylә?
– Mәn bir sağlıq demәk istәyirәm.
– Sәn Allah, başını burax, onsuz da, tәzә sağlıq deyә bil -
mә yәcәksәn...
– Yox, istәyirәm ki, kişilәrin göz yaşlarının sağlığına içim.
– Batono, batono? 1
– Kişilәrin nadir hallarda tökülәn göz yaşlarının.
– Әrin sarsaqdı ha, Tiniko!
– O yaş damcısı qızıldan da qiymәtlidi. Elә qeyri-adi hadi -
sә baş vermәlidi ki...
– Sәni bu gecә hönkürtmәsәm, qadın olmaram, birdәfәlik 229
varlanarıq...
– Tiniko, bәsdi...
– Yaşasın Gürcüstan, bizim torpağımız, suyumuz...
– Gürcüstanla bağlı sәsini çıxarma, dilәnçinin biri dilәnçi,
sәnin Gürcüstanın adını çәkmәyә haqqın yoxdu, ananı ağlar
qoyaram!
1 Batono – müraciәt forması