Page 230 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 230
Görcö nÿsri antologiyası
Sәslәr:
– Gela, Gela, nә oldu sәnә, keflәndin?
Qadınların çığırtısı, oğlanların tәşviş dolu sәslәri eşidildi.
– Bıçağı alın, bıçağı!..
– Bir patriotuma bax... Bircә qәpiyә satar Vәtәni!
1
– Daha bәsdi, qurtar, Sotne Dadiani , bir dә sәnsәn!
Bu sözlәrin dalınca qırhaqır düşdü, söyüşü söyüş dalınca
yağdırdılar.
Teranqi çaşqın halda otağın küncündә oturmuşdu.
– Gela, Gela, mәni vur, elә olsun, dincәl.
– Sәni dә vuraram, bәs nә bilmişdin!
Givinin sәsi:
– Sәnә dedim bәsdi. Gela, indicә özünü mәnә, hәqiqәtәn,
döydürәcәksәn.
Sonra hәr şey sakitlәşdi, uzun-uzadı barışığın sağlığına
içdilәr. Daha sonra hәr şey qucaqlanma, öpüşmә ilә başa çatdı.
Givi güc-bәla ilә ayağa qalxdı, mәclisdәn sakitlәşmәyi tә -
lәb elәdi, iri piyalәni doldurub Teranqinin çiyinlәrini qucaq -
ladı.
– Mәn istәyirәm bu badәni istәkli, çox tәmiz oğlanın,
mәnin qardaşımın, qan qohumumun, mәnim Teranqimin sağlı -
ğı na qaldıraq!
Givi qohumunun tәrifini göylәrә qaldırdı, mәclis üzvlәrinә
söz verdi ki, tezliklә Teranqini Odessaya aparıb gözlәrini
müalicә etdirәcәk. Kövrәlmiş Giviko hәmin dәqiqә öz dedi y i -
nә inandı, dolmuş gözlәrini köynәyinin qolu ilә sildi, sonra da
Teranqini qucaqlayıb duz kimi yalamağa başladı.
Givinin yoldaşları dünya işığından mәhrum olan oğlanı
230 ayaq üstә, tәsirli sözlәrlә salamlayıb söz verdilәr ki, heç kәsin
Teranqini tәhqir elәmәsinә imkan vermәyәcәklәr. Qızlardan
biri dillәndi:
– Ay ana, necә gözәldi, – sonra gicәllәnmiş Teranqinin
dodaqlarından öpdü.
Givi badәni iri gödәninә boşaltdı, dәrhal da boynu düşdü,
gözlәri şüşәyә döndü.
1 Sotne Dadiani – gürcülərin milli qəhrəmanı