Page 227 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 227
Laøa Tabukaøvili
O, yerindәn qalxdı, üst-başını çırpdı (Teranqi Givinin
bağışladığı rәngi solmuş cinsi vә şabalıdı “Paten” köynәk
geyinmişdi), fәhmlә meşәyә uzanan dar cığıra düşdü, yoxuşu
dırmaşıb cırıldayan dәmir qapını açdı.
– Teranqi!
– Buradayam, Aniko ana! – Teranqi dillәnib hoppana-
hoppana pillәlәri qalxdı.
– Buradayam, Aniko ana! – oğlan astanada yenә sәslәndi.
Ancaq iydәn duydu ki, anası burada deyil. Cәld bir neçә
qapını açıb qonaq otağına keçdi.
– Yenә yüyürübsәn, elәmi? Anan ölsün, nә yaman
tәrlәyibsәn, bico! 1
– Givi bu gün gәlir, ona görә dә sevinirәm.
Aniko gülümsündü, sonra asta-asta oğlana sarı getdi,
saçını sığalladı.
– Su qızdırmışam, tәrin soyusun, yaxalan, kostyumunu
geyin, qalstukun stulun üstündәdi.
– Yaxşı...
– “Yaxşı”, yox, “baş üstә”!.. – Aniko çoxlu kitab oxuyur,
bacısı oğlu kәnd lәhcәsindә danışanda yaman xoşhallanırdı.
– Bәli!.. – oğlan fağır-fağır dillәndi, sonra göyә sarı gü -
lüm sәdi.
...Qәfildәn qadının gözlәri doldu, onu ağlamaq tutmuşdu,
ancaq tez özünü әlә aldı, iri çantasının içindә qurdalanmağa
başladı.
– Niyә ağlayırsan? – oğlan sakitcә soruşdu. – Niyә hәmişә
belәcә ağlayırsan?
Anna yerindәcә dondu.
– Mәn heç vaxt ağlamamışam, heç vaxt! – o, qәtiyyәtlә 227
dillәndi. – Anana oxşatdım, sәn dә çox gözәlsәn.
Teranqini gülmәk tutdu.
– Şikәst olmasaydım, ağlamayacaqdın ki?
– Bәsdir, daha yetәr! – qadın öz-özünә pıçıldadı, – hә,
doğrudan, saat beşin yarısında radioda “Xbaça gecikir”
verilәcәk.
1 Bico – oğlan (gürc.)