Page 223 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 223

Merab Abaøidze

             Almandan sonra mәşhur professor çıxış elәdi.
             Onun zövqünә inanırdım, qәrara aldım ki, dediyinә qulaq
          asım.
             Qoca deyәndә ki “Bahar” tablosu gürcü rәngkarlığında
          hadisәdi, qalxıb ixtiyarsız divara sarı yönәldim.
             Salonda küt sәs-küy eşidildi.  Sonra hәr şey susdu.
             Çaya atılmış qәrәnfillәr tәsvir olunmuş tabloya dinmәzcә
          baxırdım. Güllәr qan lәkәlәrinә oxşayırdılar. Tablonun reallığı
          heyrәt doğururdu. Orada әsl çiçәklәr yaşayır, kömәk dilәyir,
          ümidsizcәsinә bir-birindәn yapışırdılar.
             “Batırıq, –  qәrәnfillәr sәssizcә deyirdilәr. – Yazda bu gözәl
          çeşmәdә mәhv oluruq.”
             Qәfildәn coşğunluğum qәzәbә çevrildi. Başa düşdüm ki,
          bu mәnim әsәrimdi. Andro belә çәkә bilmәzdi. Birdәn çiynim -
          dә kiminsә tәmasını duydum vә kәskin hәrәkәtlә geri döndüm.
          Qarşımda bayaq çıxış elәyәn saqqallı alman durmuşdu; qaş-
          qabağını töküb mәnә nәsә deyirdi.
             Görünür, әcnәbini görkәmim qorxutmuşdu, o dәqiqә mәn -
          dәn aralandı.
             Yenә tabloya baxdım. Qәzәbim get-gedә artırdı. Anladım
          ki, Lili mәni qarәt elәyib. O, rәssamın qәrәnfilә çevirib belәcә
          laqeydliklә çeşmәyә atdığı ehtiraslarımı oğurlayıb.
             MӘNİM EHTİRASLARIM MӘHV OLURDULAR!
             Rәssam da onları hamının gözünün qabağından asıb.
             – Siz mәnim ehtiraslarımın kömәksizliyindәn belә lәzzәt
          alırsınız! – salonda oturanlara qışqırdım. İndiyәcәn başa düşә
          bilmirәm ki, elә yüksәkdәn asılmış tabloya әlim necә çatdı.
          Bir saniyәdәn sonra artıq onu şüşә qırığıyla doğrayırdım,  223
          dişimlә didirdim, tikә-tikә elәyirdim.
             Әllәr yadımdadı ... Üzümә, sinәmә, kürәyimә rәhmsizcә -
          sinә zәrbәlәr endirәn yüzlәrlә әl...
             Onlara elә gәlirdi ki, cәlladı döyürlәr..
             Mәnsә belә hesab edirdim ki, mәni vuranlar – cәllad
          әllәriydi...
   218   219   220   221   222   223   224   225   226   227   228