Page 219 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 219

Merab Abaøidze

             – Mәhz belәdi, –  şüuraltının dәrin uçurumundan nәrilti
          qopdu. – Burada anlaşılmaz nә var ki: birinci parçanın yerini
          tәbiәt tutdu. İkinci parça onunla bir bütövlük yaratdı. Onları
          möhkәm vә zәrif bağlar birlәşdirir. Birinci parça... – burada
          şüuraltı dolaşdı. – Lәnәt şeytana, bәs birinci parça hardadı?
             Ora-bura baxdım. Lili heç yerdә yox idi.
             – Sәn elәdin, –  qәzәblә qışqırdım, –  onu çıxıb getmәyә
          sәn mәcbur elәdin!
             – Mәnim nә günahım var, –  şüuraltı donquldandı. – Sәn
          ona gözgörәsi xәyanәt elәdin. Buna kim dözәr?! Özü dә ki -
          min lә... Bu simasız bağla.
             –  Sәn olmasaydın, o bunu bilmәzdi.
             – Bu mәnim borcumdu. Mәgәr kim olduğumu unutmusan?
             – Yaxşı, qoy belә olsun. Amma indi mәnimlә nә bağ var,
          nә dә Lili. Mәn, olsa-olsa, kimsәsiz ikinci parçayam. Elә et ki,
          tәzәdәn bütöv olum.
             – Necә? –  şüuraltı sәslәndi. –  Necә ola bilәr ki, sәni
          tәhlükәyә atım? Di gözlәrini yum...
             Gülümsәdim. Aydın idi ki, mәni әlә salır. Gözlәrimi yu -
          mub gözlәyim ki öz mәnimin ikinci parçasıyla nә vaxt birlәşә -
          cәyәm? Bu lap ağ oldu...
             – Әlvida, naqqal, –  şüuraltıma deyib bağdan çıxdım.

                                    8
             Qapını Maiko açdı.
             – Vәziyyәti çox pisdi, –  dedi.
             – Böyrәyidi?
             – Yox, –  pıçıldadı vә barmağını gicgahına qoydu.     219
             Otağa girdim. Givi yataqda uzanmışdı. Sifәti ölü üzü kimi
          solğun idi. O qalxıb yatağında oturdu vә mәnasız-mәnasız
          üzümә baxdı. “Doğrudan da, ağlı çaşıb”, –  dәhşәt içindә
          fikrimdәn keçirdim.
             Bir müddәt gözünü qırpmadan baxdı. Sonra gülümsündü,
          çarpayının böyründәki stulun üstündәn iri külqabını götürüb
          elә qüvvәtlә tolazladı ki, cәld tәrpәnmәsәydim, kәllәmi dağı -
          dacaqdı.
   214   215   216   217   218   219   220   221   222   223   224