Page 217 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 217
Merab Abaøidze
yüyürürdüm. Nәsә, qәlbim bomboş idi. “Görәsәn, saat
neçәdi”, – fikirlәşdim vә saatıma baxdım. Siferblatın iri gözlәri
parıl da yırdı. “Nә fәrqi var axı?”, – saat tıqqıldayırdı. “Necә
yәni nә fәrqi var, – acıqla soruşdum, – bәlkә, sizdәn ötrü fәrqi
yox du, amma mәnimçün var!” “Bizsә elә bilirdik, sizinlә eyni
cür fikirl әşirik”, – şikayәtlәndilәr ki, romantik ovqatlı hәr
hansı ada mı kövrәldәrdilәr, ancaq mәni yox. Mәn onların necә
i kiüzlü olduqlarını uşaqlıqdan bilirdim.
Evә gәlәndә uzanıb Otar Çiladzenin “Div dolu papağ”ını
oxumağa başladım. Sevdiyim poemadı. Tәәssüf ki, müәllifliy -
lә tanışlığım yoxdu. Givi poema barәdә mәnә demişdi ki, bu
da, bir növ, cazdı – soyuq, әdәbi caz.
Bilmirәm dostum nә dәrәcәdә düz deyib, amma poema,
doğrudan da, mәnә Çarli Parkerin musiqisini xatırladırdı. O
musiqidә insan ehtirasları necәsә çılpaqlaşır, gözqamaşdırıcı,
әzablı işıq kimi tәsәvvür olunur. Oxucu sayrışma görür,
konturları isә görünmәz qalır. Givi deyir ki, onda heç bir
“gözqamaşdırıcı parıltı” yoxdu, әksinә, konturlar aydın
görünür. Amma mәn ayrı “parıltı”nı nәzәrdә tuturam vә hiss
edirәm ki, nәzәrdә tutduğumu o başa düşmür.
Mәnim tәsәvvürümdә belә “parıltı” bütün әsl poetik әsәr -
lәrdә olur, ancaq bu poemanın müәllifinin ehtiraslarının “pa -
rıltısı”, nәdәnsә, mәnә xüsusilә yaxındı.
6
Söhbәt poeziyaya çatanda susuram. Duyuram ki, bu möv -
zuda mülahizәlәrimi söylәyәndә özümün, mәxsusi poezi yamın
bir hissәsini itirirәm. Bu qanun, natiqlәrdәn başqa, hamıya 217
şamil olunur. Poeziya, yaxud hәr hansı ayrı sәnәt haqqında
mülahizә yürüdәndә iç dünyamızın tellәrinә toxunuruq.
Tellәrdәn sәs qopur. Bir tәrәfdәn әgәr dinlәyici bu sәslәri tuta
bilirsә, pis deyil, amma digәr tәrәfdәn o sәslәr sәnin özün üçün
әbәdi itirilir. Bircә kәrә sәslәnir vә... vәssalam.
Bilmirәm, bәlkә dә, Andro buna görә hәmişә öz yaradıcı -
lığından narazıdı. Narazılıq hissi sәnәt adamlarına yaxşı