Page 213 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 213
Merab Abaøidze
damcılar nәğmә oxuyur. – Qazona atılaraq bir neçә qızılgül
dәrib Liliyә tәqdim elәdi. – Romantizmә töhfә verәk, –
çiyinlәrini çәkdi. – Ola bilsin ki, quru adam kimi görünürәm,
amma ruhәn – şairәm.
– Bayağıdı! – Lili istehzayla güldü. – Hәm dә yalandı –
sәnin poetik sifәtin altında iylәnmiş proza görünür...
– Hәr halda... Niyә proza? – O, üzә vurmamağa çalışırdı,
mәncә, әmәlli-başlı incimişdi.
– Sarsaqlarla müqayisәdә, ola bilsin ki, şairsәn. – Lili izah
elәdi. – Amma sarsaqların poeziyası – elә hәmin prozadı.
– Anlamadım!
– Lazım da deyil!
– Madam, sizin mücәrrәd tәfәkkürünüz mәnim әsәblәrimә
toxunur!
– Siz nә danışırsınız?
– Zarafat elәmirәm...
Belәcә, deyә-gülә taksi dayanacağına çıxdıq. Yağış bәr ki t -
mişdi. Hava tutqunlaşmışdı. Andro plaşını soyunub Lilinin
çiyninә atdı. Axır ki maşın göründü.
– Msxeta! – Andro qışqırdı.
Sürücü sәksәndi.
– Ba-a, Andro-can, salam!
– Salam, Suren... Msxetaya sür!
Vә Suren sürdü.
– Hәlә dә orada işlәyirsәn? – o, Androdan soruşdu.
– Yox, әşşi, çıxmışam.
– Niyә?
– Ona görә ki... Ümumiyyәtlә, direktor mәni istәmәdi. 213
Tamaşalara tәrtibat vermәyim xoşuna gәlmәdi.
Andro düz danışmırdı. O, talantlı teatr rәssamı sayılırdı.
Onu başqa şeyә görә qovmuşdular: bir dәfә “Hamlet”in prem -
yera sından sonra tamaşaçılar aktyorları sәhnәyә çağırmış dılar,
Andro da çıxmış vә publikaya sual vermişdi: belә bir başağrısı
adamların necә xoşuna gәlә bilәr? Yerini itirsә dә, bu tәsadüf
ona özünü tanımaqda kömәk elәdi. Münasib iş tapmağa ümi-