Page 210 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 210
Görcö nÿsri antologiyası
MӘHV OLMUŞ EHTİRASLARIM
1
ir hәftәdәn çox idi görüşmürdük, mәnә elә gәlirdi ki,
Bçox dәyişib. Dizindәn aşağı olan don ona çox yara -
şırdı. Yolboyu Lili gülә-gülә “ata”nın yeni sevgi hәmlәlәrindәn
danışırdı. Qonşusu – ahıl rahib ona dәlicәsinә vurulmuşdu.
– Dünәn mәndәn ibadәtә gәlmәyi xahiş elәyirdi, – şәn-şәn
qaqqıldadı.
– Sәn dә getdin?
– Gedәk? – o pıqqıldadı, – oy, bizi bir yerdә görәndә onun
ha lı necә olacaq?
– Yox, övladım, – xırıltılı, alçaq sәslә cavab verdim. –
Yaxşısı budu, mәnim hücrәmә gedәk. Özüm sәnin ruhunun
xila sı üçün dua elәyәrәm, amma... Hәftә әrzindә batdığın bü -
tün xırda günahları etiraf edib, tövbә elәmәlisәn.
– Bәs әgәr böyük günahlara batmışamsa, ata? – o, şıltaq -
lıqla soruşdu.
– Onda sәni tövbә lojasına uzandırar, bәdәnindәki bütün
cin-şeytanı qovaram.
– Mәnsә belә bir lojanın olduğunu bilmirdim.
– Var, övladım.
– Pillәkәndә Esmayla rastlaşdıq. O, söhbәti tutduğunu göz
vurmaqla bildirdi.
– Dayan, antixrist! – onun әlindәn yapışdım. – Dünәn evlәr
idarәsinin müdiri gәlmişdi... Bәyan elәdi ki, mömin yezid,
210 birin ci günәcәn mәnzil pulunu ödәmәsәn...
– Oy, halım necә olacaq? – Esma әl-ayağa düşdü. – Mәn
kәndә gedirәm, qatar saat üçdә yola düşür... Bәlkә, sәn mәni
vәziyyәtdәn çıxarasan, hә?
Çiyinlәrimi çәkdim.
O, çantasında eşәlәnib mәnә pul uzatdı.
– Yaxşı yol, – arxasınca qışqırdım. Esma mәnim xilaskar
mәlәyimdi. Elә tәbii hәyәcanlanırdı ki, Lili hәtta onun