Page 208 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 208
Görcö nÿsri antologiyası
sezdi ki, adamlar onun kömәyinә yetişiblәr. Haradan bilәydi
axı, oğlanın taleyindәn narahat olmuş bu kişilәr böyük güc sәrf
elәyib qalın qar qalağını yara-yara buraya can atıb, kәnddә
qalanlarsa vәziyyәtdәn narahat olub gecәlәr gözlәrini yum -
mayıblar? Oğlan utandı, hәya hissi ürәyini dağladı.
Qәfildәn kişilәrin arasında әmisi oğlunu gördü, o, oğlana
baxıb ürәkdәn gülümsәdi, oğlan da qәfildәn hәr şeyi xatırlayıb,
yaşlı kişilәr kimi tәmkinlә soruşdu:
– Nә xәbәr var, qardaş, oğlan oldu, ya qız!
– Qız, qız, mәnim әzizim! – әmisi oğlu qışqırıb oğlanı
qucaq ladı.
Onu bәrk-bәrk qucaqlayan kişilәrin qolları arasından çıxıb
utanıb-elәmәdәn yenә sakit, qәtiyyәtli görkәmlә dillәndi:
– Allah elәsin, ağıllı vә xoşbәxt olsun! Övlad – övladdı,
oğlan, ya qız, nә fәrqi var!..
Sonra dizlәrinin taqәtsizlikdәn büküldüyünü hiss elәdi...
208