Page 204 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 204
Görcö nÿsri antologiyası
İnciklikdәn ürәyi sıxıldı, hönkürüb ağlamaq istәdi. İndi
böyük әmisi oğlunu görmәk üçün qonşu kәndә qaçdığını,
onunla uzaq fermaya yollandıqlarını, әmisi oğlunun öz hamilә
arvadının vәziyyәtindәn narahat olub getdiyini, özününsә
adamı dәli elәyәn bu sonsuz bәyaz mәkanda tәkcә qaldığını
xatırlayırdı.
“Bizimkilәr, yәqin, fikirlәşirlәr ki, әmim oğlunun evindә
rahatca yatıram... Maraqlıdır, nәyi oldu, görәsәn: oğlandır,
yoxsa qız? İndi mәn kimin yadına düşürәm axı?” Bunu
fikirlәşәndә yerindәn atıldı, bir-bir inәklәrә baş çәkdi, onları
şәfqәtli nәzәrlәrlә süzdü.
– Yaxşı, sakit olun, mәn yanınızdayam axı! – oğlan uzun-
uzadı böyürtülәrә cavab verdi.
Qәfildәn dәrk elәdi ki, nә qәdәr çox fikirlәşirsә, ovqatı o
qәdәr çox pozulur. Әlbәttә, sәfeh fikirlәr beynindәn iş görәndә
dә keçirdi, amma hәr halda, iş başını qatırdı. Oğlan kürәyi
götürüb bayıra çıxdı.
Qaranlıqda digәr tayanın harada olduğunu müәyyәnlәş -
dirib qarı tәmizlәmәyә girişdi. Qar yığını boyundan hündür
idi, çәtinliklә qazırdı, amma әl saxlayan kimi qәlbini amansız
tәnhalıq duyğusu bürüyür, mәhkum olunmuş adam tәki var
gücüylә kürәyi qara sancırdı. Açdığı cığırın uzunluğundan hiss
elәdi ki, taya yaxında olmalıdır. “Başqa tayalara da yol açmaq
lazımdır”, – oğlan cәsarәtlәnib qәrara gәldi. Artıq soyuğu hiss
elәmirdi, amma halsızlıq özünü yenidәn bildirirdi. “Hә, yemәk
istәyirәm, – beynindәn keçirdi, – tayaya yol açandan sonra
yeyәrәm”.
Axır ki tayaya çatdı, gücdәn düşmüş halda diz çökdü,
204
soyuqdan qızarmış sifәtini tayaya dayadı. Otların ilıq әtrini,
çәmәnin, torpağın, Günәşin, indi hәddәn artıq uzaqlarda olan,
hәddәn artıq arzuladığı şeylәrin şirin qoxusunu duyub, az qala,
ağlayacaqdı. Bu gün bu ilk dәfә deyildi ki baş verirdi, oğlan
yenә udqunub boğazında qaynayan hönkürtüsünü uddu.
Qalxdı. Düşünüb-daşınmadan kürәyi götürüb sәndәlәyә-
sәndәlәyә geri qayıtdı. Әllәri-ayaqları sözünә baxmırdı. Elә
bil damarları qopmuş, oynaqları dağılmışdı.