Page 202 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 202
Görcö nÿsri antologiyası
“Kәsәcәk, daim yağmayacaq ki,” – oğlan fikirlәşdi vә
ümid lәnib çırağı yandırdı. Sonra kerosin şüşәsini götürüb
ocağa çilәdi.
O, qızınıb sakitlәşmiş inәklәrin ahәngdar fısıltısı altında
mürgülәdi. Amma az sonra soyuq özünü tәzәdәn göstәrdi.
Tövlә bozumtul qaranlığa bürünmüşdü. Pәncәrәdәn düşәn
işığı görәndә әhvalı daha da pislәşdi, xilas olmaq üçün qorxu,
yaxud arzu onu yerindәn sıçrayıb qapını taybatay açmağa
mәcbur elәdi. Aramsız yağan qar oğlanın açdığı cığırı, demәk
olar, tamam tutmuşdu.
“İndi kürümәsәm, batdım!” – fikirlәşib kürәyә әl atdı.
Qar gecә ara verdi. Alçaq sәma aralanıb uzaq ulduzları
göstәrdi, oğlan da elә bil köhnә dostlarını görüb sevindi.
Qәribәdir, amma indi ulduzları görәndә sanki ayıldı, kәnd
yadına düşdü, bütün yad vә yaxın adamları xatırladı, yenidәn
tәnhalıq vә qüssә hiss elәdi. Yox, qorxu deyil, tәnhalığın
kәskin, dözülmәz ağrısı qәlbini doldurdu. Qeyri-iradi tövlәyә
qayıdıb qalan otu da inәklәrin qabağına tökdü. Notiaya
yaxınlaşaraq, özü dә sәbәbini bilmәdәn onun qabağına bir
daha ot töküb şәfqәtlә gülümsәdi:
– Nәdir, Notia, kefin yoxdur? Amma olacaq, olacaq, mәn
burdayam axı, әzizim!..
Odun yardığı müddәtdә baltanın küt taqqıltısı vә odunların
cırıltısı tövlәdәn gәlәn nikbin xırtıltıya qarışırdı.
Oğlan ocağı qaladı. Çıraq sönmüşdü, indi içәrini ancaq
ocağın işığı işıqlandırırdı, yenә dә divarlarda formasız kölgәlәr
vurnuxurdular. Әldәn düşmüş vә yorulmuş oğlan yuxuya
202 gedәnәcәn laqeyd halda kölgәlәrin oyununa tamaşa elәdi. Hal-
dan düşmüş adam kimi bәrk yuxuya getdi.
Axır ki oyandı. Çaşqın halda әtrafına boylandı. İnәklәr
yenә böyürüşürdülәr. Soyuq böyürlәrini vә kürәyini tutmuşdu.
Oğlan büzüşә-büzüşә qalxdı. Qar basmış pәncәrәdәn içәri
solğun işıq zolağı düşürdü.
Qapını açıb tәmiz vә şaxtalı havanı lәzzәtlә ciyәrlәrinә
çәkdi. Donmuş qar quru qarğıdalı kökәsi kimi xırçıldayırdı,
bütün ağ mәkanı qәribә parıltı bürümüşdü.