Page 207 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 207
Avtandil ×xikviøvili
sәmanı süzdü, ona elә gәldi ki, rәnglәrin mövcudluğunu unu -
dub – yaxın vә doğma adamın görkәmi yaddaşından belәcә
silinib yox olur, – oğlan bütün varlığını gәrginlәşdirib fikrәn
әtraf alәmin parlaq, canlı, alabәzәk rәnglәrini canlandırmağa
çalışsa da, gözlәrinin qabağında yalnız boz-ağ örtük sezdi. Özü
dә sәbәbini bilmәdәn tövlәyә cumub heyvanları nәzәrdәn
keçirmәyә başladı. Qara, sarı, tünd-qonur inәklәr tamam boz
görünürdülәr, yalnız Notianın ağ alnı seçilirdi vә oğlan tamam
özünü itirdi. Sonra ocağın yanında oturub sakitlәşdi, közlәrin
çәhrayı işığını görüb sevindi.
“Yağ, özünü boğ görәk!” – o, qәzәbsiz-filansız sәmaya üz
tutdu.
Sonra vedrәlәri yenә qarla doldurmağa başladı, qulaqları
qәfildәn sәsә oxşar bir şey eşitdi. Oğlan diksindi, sanki
qulaqları tutuldu, sәndәlәyib vedrәni qapının ağzına qoydu,
bütün diqqәtini toplayıb durdu. Nәfәsini içinә çәkib yerindәn
tәrpәnmәdәn bir neçә dәqiqә donub-qaldı, qulağının sәsә
düşüb-düşmәdiyini aydınlaşdırmağa çalışdı.
Qәfildәn inәklәrdәn biri böyürdü, ardınca o birilәr dә sәs-
sәsә verdilәr.
– Sәsinizi kәsin, qanmazlar! – oğlan qışqırdı, bu sәs-küydә
heç nә eşitmәyәcәyindәn qorxdu, amma inәklәr daha ucadan
vә uzun-uzadı böyürdülәr.
– Lәnәtә gәlәsiniz! – o hirslәndi. – İçinizә şeytan girdi,
nәdir?!
Qarğıdalı gövdәsini qapıb ilk rastına çıxan inәyi vurdu –
bu Notia idi.
– Sizә nә oldu? Deyin görüm, nә var? – oğlan dözmәdi, 207
gözlәrindәn yaş axdı.
Sonra hәyәtә әllәri dәyәnәkli, enli xizәkli kişilәr girәndә
tamam gәrginlәşmiş oğlanın bәdәni boşaldı vә büzüşdü. O, nә -
sә qışqıran kişilәrin pırtlaşıq saqqallarına mehriban nәzәrlәrlә
baxırdı, boğazını qısa, küt hönkürtü tıxamışdı.
Oğlan qapının çәrçivәsinә söykәnib dayanmışdı, yoxsa
ayaq üstdә dura bilmәzdi. Sәssiz hönkürtüdәn titrәyә-titrәyә