Page 206 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 206

Görcö nÿsri antologiyası

               lәrini anladı. Hәm dә onu çox sevindirәn “Kişisәn, özün yolu -
               na qoyarsan” sözlәri ağır tәnә kimi sәslәndi.
                   “Onları sağmamışam axı!” –  yerindә qurcuxdu.
                   Xoşbәxtlikdәn daim ocağın yanında saxladığı iri mis
               qazandan isti su götürüb inәklәrin әmcәklәrini yudu.
                   Ömründә bircә dәfә, anası xәstәxanada, atasısa dağlarda
               ot biçimindә olanda inәk sağmalı olmuşdu. Onda birtәhәr bir
               neçә stәkan sağmışdı ki, içinә qarğıdalı kökәsi ovub kiçik
               qardaş-bacılarına yedirsin.
                   Notianın yanında çömәldi, әmcәklәrini isti suyla yuyub
               sağmağa başladı. Әvvәlcә әmcәklәr barmaqlarının arasından
               sürüşüb çıxır, süd hara gәldi sıçrayır, peyindәn qaralmış
               döşәmәdә ağımtıl süd zolaqları yaranırdı. Sonra çәmini tapdı,
               әmcәklәrdәn çıxan süd düz vedrәyә axdı. Az sonra gәrginlik -
               dәn yoruldu, baş barmaqları ağrıyıb uyuşmağa başladı, amma
               o, süd şırnaqlarının vedrәnin kәnarına dәyib çıxardığı sәsә
               qulaq asa-asa inadla sağırdı. Zәrif, isti köpük vә buğ get-gedә
               yuxarı qalxırdı. Özünә cәmi iki dәfә dinclik verdi, axır ki
               sağını qurtardı, südü sink qapağı olan çәllәyә tökdü, amma
               әvvәlcә çәllәyin içini yudu, ağzına yuyulmuş tәnzif çәkdi ki,
               süd yaxşı süzülsün.
                   Bayıra baxıb buludla örtülmüş, pis hava vәd elәyәn sәmanı
               gördü. Yenә inәklәrә yem verib peyini kürüdü.
                   Beşinci gün gәldi. Әvvәlki gün әtrafa sәpәlәnmiş tayalara
               cığır açmışdı. Artıq buza dönmüş mәkanın tutqun parıltısı onu
               qorxutmurdu. Oğlanı boşluq vә etinasızlıq hissi bürümüşdü.
               Taxta kürәk sınmışdı, qarı daha ağır vә yöndәmsiz olan dәmir
        206    kürәklә tәmizlәyirdi. Bәzәn qar kürәyә yapışır, oğlan isti su
               töküb tәmizlәmәli olur, üstәlik, piy sürtürdü. İndi iş daha yaxşı
               gedirdi. O, porsuq kimi açdığı cığırlar labirintindә vurnuxur -
               du. Oğlan indi sağını daha yaxşı bacarırdı. “Öyrәşdim,
               bacarıqlıyammış”, –  mәmnun halda fikirlәşdi vә gördü ki,
               daim mәşğul olmağa bir iş axtarır.
                   Altıncı gün hava işıqlaşmadan qar basmış bayıra baxıb
               şübhәli nәzәrlәrlә qurğuşun kimi ağır, boz buludlar bürümüş
   201   202   203   204   205   206   207   208   209   210   211