Page 211 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 211

Merab Abaøidze

          sözlәrinә belә şübhә elәmirdi. O haradan bilәydi ki, bu pulları
          mәnә verir.
             Qapını açıb Lilini irәli buraxdım.
             – Hә-ә, bu günә hansı planımız var? – divana әylәşib
          soruşdum.
             – Cәhәnnәm ol öz planlarınla! Söz verdiyini elәmirsәn,
          sonrasa....
             – Bәlkә, Tamrikogilә gedәk?
             – Onun bizlik halı yoxdu, gecә-gündüz mәşq elәyir.
             – Demәli, getmirik.
             –  Yaman qәribә adamsan. – Lili güldü. – Harasa getmәk
          istәyirdinsә, mәni bura niyә dartıb gәtirmisәn?
             Sual tamamilә mәntiqliydi.
             – Demәli, burada qalırıq?
             – Әlbәttә.
             – Hә dә, şübhәsiz ki, qalırıq...
             Lili mәnim pijamamda var-gәl elәyirdi.
             – Örtülmür, –  onun soyuducunun qapısıyla әllәşdiyini gö -
          rüb dillәndim.
             – Gәlib yanımda oturdu. Görәydiniz, necә gözәldi! Ayaq -
          la  rını köhnә örtüklә bürüyüb oturur vә heyranlıqla mәnә baxır.
             – Bilirsәn, nә haqda fikirlәşirәm?
             – ...
             – Gül köşkünün yanında durmağın yadıma düşüb. Amma
          şeir oxuma, zәhmәt olmasa.
             – Cәhәnnәm olsun şeir! – dedim. – Qoy şeiri keşişin oxu -
          sun sәnә.
                                                                   211
                                    2
             Sәhәr tәzәcә yuxuya getmәyә hazırlaşırdım ki, kimsә
          qapını taqqıldatdı. Qorxmuş Lili tez-tәlәsik geyinib şkafın
          arxasında gizlәndi.
             – Qorxma, yәqin Androdu, –  dedim vә qapını açmağa get-
          dim.
             Andrо özünü içәri saldı. Rәngi ağarmışdı.
             – Gizlәnmә, –  o, gözünü mәndәn çәkmәdәn Lilini sәslәdi.
   206   207   208   209   210   211   212   213   214   215   216