Page 215 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 215
Merab Abaøidze
3
İndi, vaxt keçәndәn sonra Andronun hәr kәlmәsini, hәr
hәrәkәtini saf-çürük edә bilәrәm. Amma oxucunu “psixoloji
incәlәmәlәrlә” yormağın xeyri yoxdu. Axı artıq düzәldә bilmә -
yәcәyin şeyi araşdırmağın nә mәnası?
Tәkcә onu demәk istәyirәm ki, o vaxt Lili mәndәn ötrü
kim idi. Az-çox canlı obrazlar yaradan hәr kәsә tәbiәtlә
ünsiyyәt vacibdi. Onda mәnim belә bir imkanım yox idi, Lilini
isә özüm üçün çatışmayan tәbiәt sayırdım. Düzdür, o, mәndә
çöl, yaxud meşә tәәssüratı yaratmırdı, amma onun melanxolik
zәrifliyi şeirlәrim üçün hava vә su kimi gәrәkliydi. “Bu –
sevgidi!” – deyәcәksiniz vә sәhv elәmәyәcәksiniz. Amma
bilmirәm. Mәn Lilini öz şeirlәrimdәn az sevirdim, çünki onu
hәmin şeirlәrin mәzmunu, özümüsә forması kimi duyurdum.
O – ürәkdi, mәn – ağıl. Bu iki komponentdәn han sı nın vacib
olduğunu demәk çәtindi. Şeirlәr yalnız mәnim öv lad larım
deyildilәr, bu halda mәn onların anası, o isә atasıy dı.
4
Andronun tәkidiylә “Marani”dәn Givigilә getdik. Givi
meloman idi. Caz musiqisiylә maraqlanırdı. Biz gәlәndә
yataqda uzanmışdı.
– Hәlә dә xәstәsәn? – Lili soruşdu vә uşaq kimi alnından
öpdü.
Givinin böyrәklәri nasaz idi.
– Maiko! – o, arvadını sәslәdi. – Stul gәtir. Hә, nә oldu,
rәsmlәrini satdın? –Androdan soruşdu.
– Aparatın hanı? – o da öz növbәsindә soruşdu. 215
– Mәni yoluxmağa gәlmisәn, yoxsa musiqiyә qulaq
asmağa?
– Yaxşı görәk, zarafatı burax, aparatın hanı?
– Aparat nәdi, görmürsәn, mәhv oluram? – Givi ah çәkib
qarnının üstündәki qrelkanı düzәltdi. – Nә qәdәr aldın,
deyirsәn?
– Onca dәnә kağız.