Page 203 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 203
Avtandil ×xikviøvili
“Yaxşı ki qar ara verib, – oğlan etinasızlıqla beynindәn
keçirdi, – başqa cür dә ola bilmәz.”
O, otun qalanını da yığıb tövlәyә gәtirәrәk, inәklәrin
qabağına tökdü.
Tövlәdәn miz iyi gәldiyini yalnız indi hiss elәdi. Kәtmәni
götürüb peyini çala tәrәfdәki qapının ağzına yığmağa başladı.
Qapının ağzında iri tığ yığılanacan uzun müddәt әllәşmәli
oldu. Oğlan qapını dartdı. Qapının arxasında yığılmış qar içәri
doldu. O, dәmir kürәyi gәtirib ağır, yaş peyinә qarışmış qarı
bayıra kürümәyә başladı. Axır ki qapını bağlayıb kәdәrlә ah
çәkdi. İnәklәr elә hey böyürür, ayaqlarını yerә vurur, ona
rahatlıq vermirdilәr.
“Bunlara nә olub?” – oğlan qorxdu.
– Sizә nә olub, әzizlәrim? – inәklәrә qışqırdı. – Niyә qor -
xursunuz, mәn axı burdayam! Sizi tәk qoymaram! – onları
sakitlәşdirmәyә başladı, guya istәsә, baş götürüb gedә bilәrdi.
Qәfildәn oğlanın yadına düşdü ki, inәklәri indiyәdәk
sağmayıb. Yazıqlar elә buna görә şikayәt dolu sәslә böyürür -
dülәr. Oğlan kranı açdı, amma su gәlmirdi. “Görünür, donub,
ya da su anbarını qar basıb”, – fikirlәşdi, ruhdan düşmәdi,
xatırladı ki, bayırda su dolu çәllәklәr olmalıdır. Çıxıb çәllәk -
lәrә baxdı: suyun içi qarla dolmuşdu.
“Soyuq sudur... Birdәn inәklәri xәstәlәndirәrәm...” –
Oğlan beynindәn keçirdi, içәri qayıdıb ocağı daha da
qızışdırdı, içi qarla dolu qazanı üstdәki dirәkdәn asılmış
zәncirin qarmağına keçirdi. Qar әridi, qazan yarıyadәk boşaldı.
Oğlan yenә qar gәtirib suyun isinmәsini sәbirlә gözlәdi. Sonra
isti suyu vedrәlәrә tökdü, bir qәdәr soyutdu, әliylә yoxladı. 203
“Hә, olar”, – dillәndi. Suyu әvvәlcә Notiaya verdi. Axşamacan
işi bәs elәyirdi. Bir az dincәlәrәk, yenә yem gәtirib axurlara
tökdü. Sonra qazanı vә vedrәlәri qarla doldurub ocağın yanına
qoydu. “Sәhәr lazım olar”, – işgüzarcasına fikirlәşdi.
Hava üçüncü dәfә qaralanda, bәyazlıqla qarımış yasәmәn
rәngli gecә üçüncü dәfә düşәndә oğlan qәfildәn dәrk elәdi ki,
artıq üçüncü gündür insan sәsi eşitmir, burada hamı tәrәfindәn
unudulmuş vә atılmış halda tәk qalıb.