Page 197 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 197
Avtandil ×xikviøvili
Kişi әlini pendirlә dolu çәllәyә vurdu:
– İnәyi axşam sağaram, – әlavә elәdi.
– Narahat olma, – oğlan yenә sәsini qaldırdı, – özüm sәhәr
sağaram, get, gecikirsәn.
– Hә dә, vaxtdır! – kişi atları muşqurmağa başladı. – Haçu!
– Xeyirli xәbәrlә qayıdasan! – oğlan onun arxasınca
dillәndi.
Yenә dә qapının çәrçivәsinә söykәnib qaranlıqda gedәn
kişiyә baxırdı; qәfildәn onu qәribә, bu qaranlıq kimi әzablı
hiss bürüdü. Kişini sәslәyib geri qaytarmaqdan özünü güclә
saxladı. “Ürәkli ol, qardaş!” – özünә ürәk-dirәk verdi, gözlә -
rini zülmәt gecәdәn çәkib geri döndü, qapını örtdü. Tövlәdә
milçәklәrin çirklәndirdiklәri lampalar solğun işıq salırdı,
amma hәmin işıqlar oğlana parlaq vә gözqamaşdırıcı göründü,
ümidlә nәzәrlәrini tavana dikdi. Bununla belә, qorxunu
andıran tutqun duyğu onu tәrk elәmirdi.
Qarğıdalı gövdәlәrini xırta-xırtla yeyәn inәklәrin isti nәfәsi
oğlanı sakitlәşdirdi.
O, tövlәnin ortasındakı ocağın yanında oturdu, ocağa quru
budaqlardan atdı, sonra sırıqlısını soyunaraq, köhnәlib tutqun -
laş mış döşәyin üstünә tulladı.
Bir müddәt ocağın yanında oturub yenә özünә bayaq
eşitdiyi vә qәlbini qızdıran sözlәrlә ürәk-dirәk verdi: “Kişisәn,
özün yoluna qoyarsan!” Sonra kürәyi üşüdü, o biri böyrünü
çevirib yumruq böyüklükdә iri közlәrin istisindә qızdırdı.
Gecәdәn xeyli keçmişdi, amma hәlә yatmaq istәmirdi,
inәklәrin fısıltısına vә quzeydәn әsmәyә başlamış külәyin
qulaqbatırıcı vıyıltısına qulaq asa-asa ocağın qırağında 197
oturmuşdu. Külәksә güclәnir, taxtadan tikilmiş tövlәnin
dәlmә-deşiklәrindәn içәri soxulur, qarmaqlardan asılmış
lampaları yellәdir, buna görә dә tövlәnin divarlarında qәribә,
yayğın kölgәlәr qaçışır, oğlan qeyri-iradi nәzәrlәrini divarlarda
oynaşan kölgәlәrdәn vә yellәnәn lampalardan çәkirdi. Sonra
qalxdı, divardan on iki çaplı tüfәngi vә enli, köhnә patrondaşı
götürdü. Patronları çıxarıb tüfәngin lülәsinә yeritdi, patrondaşı