Page 193 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 193
Maka Coxadze
lar tәki düzülür, özlәrindәn razı halda dişlәrini ağardırdılar. Bir
halda ki bir güllәylә iki dovşan vururdulәr, niyә dә gülmәyәy -
dilәr axı?!
Gimnaziyanın gözәl qızları günün axırında bayıra cumur,
bәnövşә qomlarını seçir, o sәfehlәrin gözlәri qarşısında incә
kirpiklәrini bir-birinә döyürdülәr.
Varlanmış gülsatanlarsa axşam ciblәrindәki gümüş pulları
cingildәdә-cingildәdә Sololaki yoluyla yuxarı qalxırdılar.
Eşqә düşmüş oğlan nazik hörüklü qızın әtrafında uzun
müddәt fırlandı, amma yaxınlaşmaq üçün özündә heç cür
cәsarәt tapa bilmәdi. Sonra o bәdbәxt, şeir yazmaq әvәzinә
tanış meyxanaçıdan pul borc alıb sxnetili oğlana verdi:
– Al bunu, görәk. İndisә sürüş buradan, güllәri dә mәnә
ver.
Oğlansa dişlәrini ağardıb dedi ki, yox, getmәyәcәyәm.
– Necә yәni getmәyәcәyәm, bütün güllәrini alıram, sonra
özüm bilәrәm neylәrәm.
Vurğun oğlanın rәngi qaçmış sifәti sxnetili oğlanın xoşuna
gәlmәdi, dedi getmәyәcәyәm, vәssalam.
Gülsatan bağırmağa başladı:
– Kömәk elәyin! Mәni öldürürlәr!
Gimnaziyaçı qızlar qışqırışır, ah-uf elәyirdilәr. Onlardan
ikisi direktor xanımın yanına qaçdı, o da qaradovoyu çağırdı
vә oğlan güclә qaçıb canını qurtara bildi.
Öz başlanğıcını Türkiyәdәn almış Kür isә elә hey axıb
gedirdi. Elә Ay da әvvәlki kimi bәdirlәnmişdi, aydın görü -
nürdü.
Rahat küçәlәrin sәs-küyü harasa uzaqlaşıb getdi. İçindә bir 193
tel qırıldı. Yetmiş il barmaqlarının arasından sәssiz-sәmirsiz
süzülüb keçdi, yaddaşı sәpәlәnәn qum dәnәlәrini yığa-yığa
donqarlaşdı.
Maliyyә Nazirliyinin әmәkdaşları bütün günü iynә üstündә
oturmuşdular. Bayırda çox rahat olan isti, yumşaq paltolarını
indi ağır bir şey kimi stulların söykәnәcәyindәn asmışdılar,
deyәsәn, işә dә, ovqatlarına da (dәqiq bilmirәm) mane olurdu.