Page 192 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 192
Görcö nÿsri antologiyası
– Sizә kim lazımdır, hörmәtli xanım?
– Burada, haradasa makinada yazırlar, elә deyil?
– Bura Maliyyә Nazirliyidir, – qapıçı elә bil sözarası bil -
dirir.
– Hә, bilirәm, amma sizin makinaçınız olmalıdır axı, –
onun sәsindә qadın inadkarlığı duyulur.
– Әlbәttә, makinaçılar binamızın üçüncü mәrtәbәsindә
oturur.
– Üçüncü, – qadın yorğun halda tәkrar elәyib pillәkәnә
nәzәr saldı.
Kişi ehtiyatla, eyni zamanda işgüzar tәrzdә dillәndi:
– Yazılası nәyiniz varsa, verin, mәn onsuz da yuxarı
qalxmalıyam, makinaçıya apararam...
Qoca qapıçının mehriban münasibәti qadını açıq-aşkar
sevindirdi, o sürtülmüş dәri çantasından nazik dәftәr çıxardı:
– Nәvәmin şeirlәridir... Sizә çox minnәtdaram. Deyin ki,
iki nüsxәdә yazmaq lazımdır, nә qәdәr istәsәlәr, verәcәyәm...
Onu da deyәk ki, qoca qapıçı üç mәrtәbәni qeyri-adi
çevikliklә çıxdı, hәr bir makinaçıya xahişini özünә xas ol-
mayan canfәşanlıqla çatdırdı, makinaçıların qeyri-müәyyәn,
yöndәmsiz, tәәssüflәndirici, yaxud sırf işgüzar cavabları
(dediklәrini nә qәdәr bәzәyib-düzәsәk dә) çox qәribә
sözlәrdәn ibarәt idi, demәk olar, heç biri Nika әminin xahişini
yerinә yetirmәkdәn boyun qaçırmırdı.
Neylәyәsәn, axı rübün axırında makinaçıların işlәri
başlarından aşır...
Hәmin gecә qoca qapıçı yuxuda nazik hörüklәri olan bir
qızı sevdiyini, hәmin qış boyu әsl aşiqlәr kimi köynәyinin
192
yaxası açıq halda gәzib-dolaşdığını xatırladı.
O qız isә heç nә olmamış kimi qar basmış küçәlәrlә tәlәsә-
tәlәsә gedir, gimnaziya şagirdlәrinin atdıqları qartopudan
qorxub-çәkinmir, qәhqәhә çәkib gülürdü.
Sonra yaz gәldi, Sxnetidәn vedrәylә bәnövşә gәtirmiş
kәndli oğlanlar peyda oldular.
Oh, hәmin sxnetili oğlanlar nә qәdәr yaramaz idilәr!
Qızlar gimnaziyasının kәrpic divarının dibindә mәsum qoyun-