Page 194 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 194
Görcö nÿsri antologiyası
Ancaq onu bilirәm ki, hәmin gün hamı hәmişәkindәn çox
danışırdı, gözgörәsi qızarıb-ağarır, vәrәqlәri qәdәrindәn artıq
xışıldadır, qәlәmlәrini hәddәn ziyadә cırıldadır, tez-tez
otaqların havasını dәyişirdilәr. Axşamacan idarәdә anlaşılmaz
çaşqınlıq vә qarmaqarışıqlıq hökm sürdü.
Bunun sirri qoca qapıçının makinada yazılmış şeirlәri
qoyduğu cibindәydi, o (nә qәdәr qәribә olsa da) sağ-salamat
evindә oturub cökә mürәbbәsiylә çay içirdi.
Görünür, hәmin gün tәhqir olunmuş qocaların dünyaya
qarşı ziyansız vә sәssiz qiyam qaldırdıqları adi günlәrdәn
biriydi...
O sükutu eşitmәk üçün insanın qulaqlarının hәddәn artıq
iti olmasına ehtiyac yoxdur...
194