Page 190 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 190

Görcö nÿsri antologiyası



                            QOCA QAPIÇININ
                            SӘS-KÜYLÜ GÜNÜ


                       ika әmi hәddәn artıq hissiyyatlı adam idi, bununla
                   Nbelә, dünyanın hәr şeyi yandırıb külә döndәrәn sәs-
               küyündә sükut daldalanacağında gizlәnmәyi bacarırdı. Hәmin
               sükutu get-gedә artan ovçu iştahı qarşısında bildirçinin bir
               dәqiqәlik donub-qalmasına oxşatmaq olmazdı, heç guruldayıb
               yağmağa hazırlaşan buludların tәhlükәli sakitliyinә dә
               bәnzәmirdi. Yәqin, elә buna görә dә yetmiş yaşını günün
               qabağında oturub heysiz barmaqlarıyla dinmәz-söylәmәz
               tәsbeh çәkәn qocalar sayaq, sәssiz-sәmirsiz başa vurmuşdu.
                   Kim bilir, bәlkә dә, Nika әmi ipә-sapa yatmayan aşiqlәrin
               yaşlaşdıqca daha dәlisov olduğu barәdә şairlәrin nikbin
               sözlәrinә inanardı. Bәlkә dә, Nika әmi, hәqiqәtәn dә, gecikmiş
               mәhәbbәtә könül verәrdi... Kim bilir... Ola bilsin, bu saç-
               saqqalı ağarmış kişi özünә başqa nağıllarla tәskinlik verirdi.
                   Belәdә isә tanışları onu küçәdә görәndә ağıllarına eyni bir
               fikir gәlirdi – bu adam vaxtında evlәnsәydi, bәlkә dә, indi
               çörәk almağa özü getmәzdi, uşaqları qoca atalarına bunu rәva
               görmәz, özlәri gedәrdilәr.
                   Onda da Nika isti, div gözlәri kimi alışıb-yanan sobanın
               yanında oturardı. Kürәyinә yastıq, qoltuğunun altına qaz
               tükündәn mütәkkә qoyar, qocafәndi sümüklәri istidәn şirin-
               şirin gizildәyәrdi.
        190        Amma yox, Nika әmi yalnız isti ocaq xatirinә evlәnә
               bilmәdi...
                   Lap bu yaxınlarda, kiçik şәhәrdә binalardan birinin sәs-
               küy yaratmış tikintisi axır ki başa çatanda heykәltәraş çağırıb
               giriş pillәkәninin hәr iki tәrәfinә şir heykәllәri qoymağı
               tapşırdılar. Heykәltәraş, şübhәsiz, әsas girişin ahәngdar
               görkәmini pozan yırtıcı heyvan heykәllәrinin memarlıq
               baxımından lazımsız olduğunu başa düşürdü, amma onun  hiss
               elәdiyinin kimsәyә dәxli yox idi...
   185   186   187   188   189   190   191   192   193   194   195