Page 185 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 185

Naira Gelaøvili

                                  * * *
             Dairәvi işıq uşaq arabasının tәkәrinә düşdü vә yerә sәpә -
          lәn miş butulka vә köhnә ayaqqabıları işıqlandırdı. Gözünә
          hәminki parlaq gözlü pişik dә sataşdı. Pişik gәrildi, amma
          yerindәn tәrpәnmәdi... Güzgünün qabağında durub ovsun -
          lanmış kimi köhnә, çirkli, çatlamış güzgüdәki tünd әksinә
          baxırdı. “Ay qurumuş gölmәçәnin nәmli dibindә. Ayın üzündә
          qadın üzünün lәpiri”. Bunu düşündü vә fәnәrin işığını üzünә
          tutdu... Sonra yönünü dәmir pillәkәnә sarı çevirdi vә gözlәrini
          yumdu. Kişinin çardaqdan ona әllәrini nә cür uzatdığını bәdәni
          ilә xatırladı. Onun әllәrinin tәmasını sanki yenidәn yaşadı.
          Әllәrini uzadıb soyuq dәmir tutacaqlardan yapışdı.
             Gecә külәyi donunu yellәndirir, uzun saçlarını dolaşdırırdı.
          Uzaqda, gecә lampalarının işığında hovuz parıldayırdı. Qadın
          yalnız göyә, ay vә ulduzlara baxıb nәsә pıçıldayırdı. Sonra an-
          tennaya yaxınlaşdı, әli ilә xaça oxşayan “qanadlarına” to -
          xundu, dizi üstә çömәldi, fәnәrin işığını antennanın dibinә vә
          göy rәngli kabelә saldı, ayağa qalxdı vә nәsә pıçıldaya-
          pıçıldaya soyuq antennanı bәrk-bәrk qucaqladı... Birazdan dik
          durub kürәyini qanadlı dәmirә söykәdi vә üzünü göyә tutub
          alçaqdan mahnı oxumağa başladı...
             Qonşu binanın axırıncı mәrtәbәsindә ortayaşlı kişi pәncәrә
          altına söykәnib siqaret çәkirdi. O, hәmin binada yaşayan cavan
          bir adamı gözlәyirdi vә o adam bu gün mütlәq evә gәlmәli idi.
          O, maşından düşәn kimi kişi atәş açmalıydı. Silahı hazır idi...
          Yaşlı kişi birdәn mahnı sәsi eşitdi vә sәksәndi. Nә radio, nә
          maqnitofon sәsinә oxşamırdı, sәs canlı idi, canlı qadın sәsi,
          lakin kişi bu sәsin haradan gәldiyini başa duşә bilmәdi.  185
          Pәncәrәnin ağzında durub boylanırdı. İşıq heç bir pәncәrәdә
          yanmırdı. Mahnı kişinin yadına rәhmәtә getmiş oğlunu saldı.
          “Nә güclüsәn, ata”, –  iyirmi beş yaşlı, neçә aydır ac-susuz
          xәstә yatan, rәngi kağız kimi dümağ oğlan atasına hәsәdlә
          dedi, zәif әli ilә atasının qüvvәtli, әzәlәli qoluna toxundu vә
          canını tapşırdı.
             Kişinin kefi lap pozuldu, mahnı oxuyan qadının sәsi onu
          nәdәnsә qorxudurdu. Ürәyinә pis şeylәr dammışdı. Hiss etdi
   180   181   182   183   184   185   186   187   188   189   190