Page 232 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 232
Görcö nÿsri antologiyası
– Gela, hökmәn getmәliyәm, düz deyirәm.
– Heç yana getmәyәcәksәn!
– Gela, yalvarıram, vallah, anam dәli olacaq...
– Ağıllı vaxtı olub ki, indi dә dәli olsun?
– Gela!
– Dedim, getmәyәcәksәn!
– Teranqi, bir dәqiqәliyә mәni ötür, nә olar? – oğlanın
yumşaq sәsi vardı, hiss olunurdu ki, kefli deyil.
Hәyәtә çıxanda namәlum adam әlini onun çiyninә qoydu.
– Mәn getmәk istәyirәm, hәm dә istәyirәm ki, heç kәs
sezmәsin, onlarla halım yoxdur. Givi ayılanda de ki, Açiko
sәni gözlәyә bilmәdi, yaxşı?
– Mütlәq.
– Hә, bir dә nә demәk istәyirdim... Bu, bütün şәhәrdә әn
pis, ürәkbulandırıcı kompaniyadır. Mәn dә gәlmәli deyildim,
amma Givi әl çәkmәdi. Sәn Givi haqqında bu cür
danışmağımdan incimirsәn ki?
– İncimirәm.
– Eh, neylәmәk olar, – onun sәsindә tәәssüf vardı. Mәn
dә qeybәt qıran arvadlartәk danışdım... Düzü, mәn dә elә
onlardan geri qalmıram. Yaxşı, salamat qal.
– Xudahafiz...
– Hә, doğrudan, indi yadıma düşdü. Odessaya getmәk
vacibdi? Bәyәm Tbilisidә göz hәkimlәri qәhәtdi?
– Givi dedi ki, Odessa daha yaxşıdı.
– O mәsәlә sabah Givinin yadından çıxacaq. Yaxşı olar ki,
ayıq vaxtında yadına salasan. Daha qatar olmayacaq?
232 – Bundan sonra qatar olmur.
– Yaxşı, bu, o qәdәr dә böyük problem deyil, maşından-
zaddan tutaram.
***
Teranqi içәri girәndә otaqda sakitlik idi, cüt-cüt olub bir-
birinә sarmaşmış cavanlar ortada asta-asta süzürdülәr.
– Bu әzazil oyunun başını buraxın, – kimsә mәzәlәndi.