Page 236 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 236
Görcö nÿsri antologiyası
Böyük otaqdan yenә oğlanı çağırdılar. Teranqi mәtbәxdәn
süpürgә tapıb boşqab sınıqlarını süpürdü.
– Siqaret var? – kimsә soruşdu.
– Kibrit yoxdu, kibrit.
– Heç olmasa, maqnitofonu quraydınız.
– Anan sәni nә qәdәr ağılsız doğub! İşıqsız maqnitofon
necә işlәsin?
– Elә bildim, batareya ilә işlәyәn maqnitofonlardandı, –
oğlan özünә haqq qazandırmağa çalışdı.
– Qәfildәn işıq yansa, birimizin dә meyitimiz tapılsa, әsl
ingilis detektivinә oxşayar.
– Gela, bәsdi, yalvarıram sәnә!
Yenә sakitlik çökdü, hәr yan sükuta qәrq olmuş, otaqda
olanların çoxu mürgülәmişdi.
– Bux, – Gela qәfildәn qışqırıb qızları qorxutdu.
Bu sәsdәn nәinki qızlar, hamı qorxdu. Az sonra Gela da
xoruldamağa başladı.
***
Teranqi ayağa qalxdı. Qapını açanda uzaqdan qulağına sәs
gәldi, cәld pillәlәri qalxıb qulaq asdı. Sәs onun otağından
gәlirdi.
– Ey, nә olub orada?
Oğlan otağa girdi.
– Kimsәn? – yuxulu qız sәsi eşidildi.
– Teranqiyәm.
– Hansı Teranqi?
– Givikonun qohumu Teranqi.
236
– Hә, bilirәm, sәni aşağıda gördüm. (Fasilә verdi.) Nә
oldu, işıqlar söndü?
– Bәli.
– Givi haradadı?
– Yatdı?
– Mәn yuxuya getmişәm! – qız әsnәyә-әsnәyә pıçıldadı. –
Aşağıda necә qarmaqarışıqlıq olduğunu tәsәvvür elәyirәm.
Adım Meridi.