Page 238 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 238
Görcö nÿsri antologiyası
– Çox yaxşı, bәlkә, mәn dә nә vaxtsa sәni sevdim. – O,
ehmalca Teranqini qıdıqladı.
Oğlanı әsәbi gülmәk tutdu. Aşağıdan yenә sәslәr gәldi:
– Teranqi! Teranqi! Teranqi! Harada itib-batdın, ey,
Teranqi!
– Lap zәhlә tökdülәr, – qız narazılıqla pıçıldayıb yenә onu
qucaqladı. – Yaxşı oğlansan, yaxşı...
– Teranqi, hardasan?
– Gedim, çağırırlar.
– Yaxşı, gedәk, – qız köks ötürüb cәld geyindi.
Pillәlәri enәndә qız bir neçә dәfә oğlanı qucaqlayıb öpdü.
– Siz yenә gәlәcәksiniz?
– Bilmirәm, mәnim Teranqim, ola bilsin yenә gәldim.
Bilirsәn, nәyә görә? Mәnә “siz” deyә müraciәt elәdiyinә görә.
Bax yalnız buna görә.
Teranqi Merini taxtda oturtdu. Sonra kimsә onu su
gәtirmәyә göndәrdi. Qayıdanda özü dә taxtda әylәşdi. Qoxusu
ilә Meriyә yaxınlaşıb başını sığalladı.
– Ey, kimsәn? – namәlum sәs gәldi; elә bil oğlanın üstünә
su caladılar, geri sıçradı. – Bu qaranlıqda donjuanlıq elәyәn
kimdi?
– Teranqi, saatı bilirsәn?
– Bu dәqiqә! – oğlan barmaqlarını saata toxundurdu. –
Dördә iyirmi dәqiqә qalır.
Qәfildәn otaqda gurultu qopdu, hamı ayağa sıçradı. Otağı
sevinc sәslәri bürüdü. Teranqi başa düşdü ki, işıq yanıb.
– Yaxşı, getmәk vaxtıdı, sonra işıq birdәn yenә sönәr.
238 – Bәs Givini neylәyәk?
– Mәn belimә götürәrәm, – Gelanın sәsi idi. – Oh,
zәhrimara qalmış necә ağırdı.
Bütün otaqların işığını yandırdılar. Cavanların hamısı
hәyәtә dağılışdı. Teranqi çaşqın halda tәlәsәnlәrin әl-ayağına
dolaşırdı.
– Yaxşı, salamat qal, Teranqi! – kimsә sәslәndi.
– Sizi ötürәrәm, – oğlan dillәndi.