Page 248 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 248

Görcö nÿsri antologiyası

                   – Bağışlayın, tamam yadımdan çıxıb. Bir dә ki, elә bilir -
               siniz mәni arvadınız göndәrib? Yox, bu öz mәslәhәtimdi: siz
               mütlәq iynәlәri vurdurmalısınız, yoxsa ürәyiniz sağalmaz.
               Küknarlar, qadası, meşәdә nә qәdәr desәn, var, sizsә balaca
               bir ağacdan ötrü…
                   – Әgәr sizin çiyninizdә bitsәydi, neylәyәrdiniz? – Beri
               soruşdu.
                   – Sizin kimi ürәyim ağrısa, әlbәttә, dәrmanları atardım.
               Sizsә öz hәyatınızı tәhlükәyә salırsınız, bu hәrәkәtlә dә
               daxilinizdәki Allahı öldürürsünüz.
                   – Bәyәm bu küknar canlı deyil? – Beri dillәndi.
                   – O küknar, onsuz da quruyacaq.
                   – Bәlkә, qurumadı, – Beri dillәnib getmәyә hazırlaşdı.
                   – Hara gedirsәn? – Cğunai soruşdu.
                   – Bunu gәzdirmәliyәm, burada hava çox bürkülüdü,
               doğrudan da, quruya bilәr.
                   – Ürәk damcılarını içәydiniz… – hәkim xahiş elәdi.
                   Beri heç nә demәyib ensiz qapıdan ehtiyatla çıxdı ki,
               küknarın budaqları ilişmәsin.
                   – Siz Allaha inanırsınız? – hәkim müәllimdәn soruşdu.
                   O isә özünü itirdi.
                   –Yox, bunu elә-belә, sözgәlişi dedim. Çox tәәccüblü
               hadisәdi: küknar insanın çiynindә necә bitib? Bundan sonra
               hәr şeyә inanmaq olar. Küknar necә olub ki bitib?
                   – Müharibәdә yaralanıb, meşәdә yarasına küknar tozu
               tökülüb, – hәkim cavab verdi.
                   – Necә olacaq, görәn, kömәyi dәyәcәk? – Cğunai soruşdu,
        248    bu sualla elә bil dәrdini dә söylәdi.
                   – Gәrәk birtәhәr iynәlәri vuraq ki, küknar qurusun.
                   – Necә vurasan, görmürsәn, gecә dә yatmır, hey küknarı
               öz uşağı kimi sığallayır.
                   – Ürәyi tab gәtirmәyәcәk, müalicә olunmalıdı.
                   – Doğrudan da, bu mәsәlә çox dәrindәn öyrәnilmәlidi, –
               müәllim siqaretini tüstülәtdi.
   243   244   245   246   247   248   249   250   251   252   253