Page 250 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 250
Görcö nÿsri antologiyası
Lap aşağıda, tәpәlәrin arasında isә böyük bir kәnd görü -
nürdü. Kolxozun idarәsi hәmin kәnddә yerlәşirdi. Hündür, ağ
daşdan tikilmiş binaydı.
Berinin ağlına belә bir fikir gәldi: idarәyә gedib sәdrdәn
putyovka istәsin. Hәm dә elә yerә istәsin ki, ora başdan-başa
küknarlıq olsun. Bәlkә, hәmin yerin havası düşdü, küknarı
qurumadı.
Bu fikir ağlına gәlәn kimi ürәk ağrısı da yadından çıxdı,
qaça-qaça aşağıya tәrәf üz qoydu. Tәәccüblәnmiş adamlar
Berini görüb dalınca düşdülәr.
Kolxoz sәdri otağında oturmuşdu.
– Putyovka istәyirәm.
– Nә putyovka, başa düşmürәm – sәdr tәәccüblәndi.
– Küknarlıq olan yerә.
– Biz burada işlә mәşğuluq.
– Bilirәm.
– Bәs onda nә istәyirsәn?
– Bәlkә, düzәldә bilәsәn?
– Mümkün deyil.
– Xahiş elәyirәm.
– A kişi, nә zәhlәmi tökürsәn, sәnә deyirlәr iynәlәrini vur-
dur da!
– Sәn dә onların tәrәfini saxlayırsan?
– Mәnә heç kәs heç nә demәyib. Höcәtlәşmә!
– Mәn neylәyim, bitdi dә!
– Bitdi! Quruyar! İndi mәnim üçün meşәçilik sovxozu aç,
belindә dә kol әk, almadan, armuddan, zoğaldan da içinә qat,
bir az da vәhşi heyvanlardan burax. Ovçular girәrlәr, ağacları
250
kәsәrlәr, sonra da qoyma mәni dincәlmәyә, meşәbәyi istә, on-
lara da maaş verәk, sonra biri bağ evi üçün yer istәsin. Hә, az
qaldı yadımdan çıxsın, üzümlük dә sal, çaxır çәkәk, belәcә,
rahat yaşayaq… Әl çәk mәndәn, putyovkam yoxdu, sәnә nә
deyiblәr, onu da elә. Elә fikirlәşmә ki, bunu mәnә sәnin qarın
öyrәdib, yox, özüm deyirәm, küknarı yox elә!
Beri sәdrә heç nә demәyib idarәdәn çıxdı, yoluna davam
elәdi.