Page 254 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 254
Görcö nÿsri antologiyası
Gah da yuxuda çox hündürә qalxır, Ana Torpağa oradan
baxıram. Yuxarıdan başqa cür görünür:
O canlıdı!
Çaylar – onun qan damarlarıdı.
Dәnizlәrlә okeanlar – ciyәrlәridi.
Meşәlәrlә nәfәs alır o.
Hava – onun ruhudu.
Adәm dә özüdü, Hәvva da.
Dünyada hәr şeyin torpaqdan necә çıxdığı, yenә torpağa
necә qayıtdığı uzaqdan yaxşı görünür… Kaş hәrdәnbir yuxu -
ma baxasınız, Ana Torpağın necә olduğunu görәsiniz.
Göylәr?
Mәn ona inanıram, çünki torpağa inanıram, biz isә tor -
pağın bir hissәsiyik. Yәqin, Ana Torpaq da göylәrin bir his -
sәsidi. Bunu hәlә yuxuda görmәmişәm. Ancaq torpaqdan çı xan
şeylәr geri, torpağa qayıtdığı kimi, elәcә dә torpaq göylәrә
qarışır.
Bilirәm, vәziyyәtimlә çox maraqlanırsınız. Heç fikir
çәkmәyin, indi ürәyim az ağrıyır. Bu gün qaratoyuq budaqla -
rımda elә şirin-şirin oxudu ki, ağrım tamam yadımdan çıxdı.
Buradakı meşәlikdә küknar tәkcә mәnәm. Tәpәnin başında
bir yeri çox sevirәm, tez-tez orada dayanıram, hәmin yerdәn
hәr tәrәf görünür.
Gecәlәr yuxuda mәnә elә gәlir ki, köklәrim torpaqdadı.
Ürәyim sizi istәyir.
Çoxlu-çoxlu öpürәm …”
Mәktubun üstündә ünvan yazılmışdı:
“66793
254
Borjomi.
Bu mәktubu küknar meşәsinә tullayın.
Beri”.
***
Payızda Berinin ürәyinin ağrısı artdı.
Bir gecә isә küknarın köklәrini dizlәrindәn aşağıda hiss
elәdi.