Page 253 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 253
Qoderzi ×oxeli
kimsәsi yoxdu. Qabaqlar Allaha inanmırdı, ona görә dә
kәnddәn aralandı. Kәndin qurtaracağında ev tikdi, elә hasar
çәkdi ki, ora quş da sәkә bilmәz. Bütün ömrünü Allaha asi ol-
maqla keçirdi. İndi qocalıb, canı-cәsәdi üzülüb, kasıblıq da
belini büküb. Hәrdәn ona Allah xәtrinә çörәk-su verәn ola-ol-
maya. Qurumuş bәdәnindә nәfәsi güclә tab gәtirir. İndi hәr
gün Allaha yalvarır, günahının bağışlanmasını istәyir.
Meşәyә gedәn yol o kişinin evinin yanından keçir. Hәr dәfә
onu görәndә yazıqlığına ürәyim ağrıyır. Dizi üstә çökür, göyә
baxıb deyir:
Ey göydәki, mәnә kömәk ol!
Öz әtәyinә sığındır mәni.
Bax bu gözlәrimi yum.
Bax bu dil-ağzımı susdur.
Bax bu dizlәrimi qır,
Canımı oraq kimi әy.
Sonra apar mәni!…
Bu hәyatdan çıxar mәni.
Daha yoruldum, bu qaranlıq quyuda gözlәmәkdәn yorul-
dum – bu vaxt mәni görәndә dә titrәk sәslә yalvarmağa baş -
layır:
Xahiş elә fәlәkdәn, mәnә kömәyә gәlsin.
Xahiş elә, kömәyә gәlsin.
Kömәk elә, xahiş elә.
O kişiyә yaman yazığım gәlir, heç özüm dә bilmirәm, necә
kömәk elәyim. Xәtrinә dәymәsin deyә mәn dә әllәrimi yuxarı
qaldırıb deyirәm:
– Kömәk elә, kömәk elә! 253
Amma heç kәs görünmür.
Gecikir…
Gecәlәr yaman möcüzәli yuxular görürәm: gah görürәm
ki, havada uçuram, gah aşağı enir, torpağın qәlbinә girir, onun
döyüntüsünә qulaq asıram. Yer insan kimi nәfәs alır, hәlә onun
nәfәsini dә eşidirәm. Elә bilirәm, üstündәkilәrin hamısı onun
öz yuxusudu.