Page 275 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 275

Maüvala Qonaøvili

             Hәkim әtrafına göz gәzdirib qadından soruşdu:
             – Bәlkә, pambığınız ola?
             Qadın yenә çiynini çәkdi, qәfildәn hirslәndi: “Bu nәdir,
          mәktәbli qız kimi elә çiyinlәrimi çәkirәm, hәkim nә
          fikirlәşәcәk?”
             Masanın üstündә reseptlәr, sındırılmış dәrman şüşәsi qaldı.
          O, әl çantasını açdı. Hәkimin ağ xalatının cibinә pul basdı.
          Qapı örtüldü, heç “sağ ol” deyәn dә olmadı.
             Qadın özünü lap itirmişdi, bilmirdi neylәsin. “Kaş әrim
          burada olaydı. Ezamiyyәtә gәrәk elә indi gedәydi?! Görәsәn,
          bu bәdbәxtin qohumlardan kimi var? Neylәyim? Bunun dәr -
          dini dә mәn çәkmәliyәm? Yoxsa tale mәnә rişxәnd elәyir?..”


                                   ***
             “Rustaveli prospekti – Tbilisinin qәlbi – qәlbimtәk qaralıb.
          Çörәk mağazalarının növbәlәri dә qәlbimtәk ağırlaşıb. Metro
          qәlbimtәk bağlanıb. Hәr şeydәn şübhәlәnәn, dilәnçi
          vәziyyәtinә düşmüş, rüsvay edilmiş prospekt qәlbimtәk kök-
          sünü ötürür.”
             Üç gündür ki, Alevi küçәsinә gedirәm. Nәyә görә, mәni o
          evә çәkәn qüvvә nәdir? Mәrhәmәt? Vәzifә? Bәlkә, tәnhalıq
          vә boşluq? Bu qadın nәyimdir? Rәqibim? Qızlığım?
          Övladım?.. Nәyimdir?
             Ehkamda yazılıb axı: “Bar gәtirmәyәn ağac doğranıb
          yandırılsın”. Bәlkә, tale mәni sonsuz olduğuma görә belә
          yandırır? Bәlkә, әrim mәni sonsuz olduğuma görә başqasına
          dәyişdi? İyirmi il әvvәl bir-birimizi necә sevirdik! Yәqin, bu
          dünyada әbәdi bir şey olmadığını qәbul elәmәliyәm. Dörd  275
          yanımda elә qadınlar var ki... Sevgi, ailә mehribanlığı, ehtiras
          onlara qismәt olmayıb. Bәlkә, mәn dә bundan sonra sәmi -
          miyyәt vә mehribanlığı yalnız keçmiş xatirәlәrin hәlә dә
          azalmamış odundan almalı olacağam.
             Yәqin, indi yatağında oturub kiçik pәncәrәdәn bayıra
          baxır. Lakin o daxmanın pәncәrәsindәn görünәn mәnzәrә
          tәkcә evlәrin damları, bir dә üşümüş pişiklәrdir.
   270   271   272   273   274   275   276   277   278   279   280