Page 280 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 280
Görcö nÿsri antologiyası
– Nağıllar pәrisidir, – İya yalan söylәyib tәәccüblәnirdi:
bәyәm bunun anam olduğunu başa düşmürlәr?
İya – gürcü adıdır, uşağın soyadı isә Nikolayeva idi. Qız
mәktәbi bitirәndә tәrbiyәçilәr ona izah elәdilәr ki, bu, әsl
soyadı deyil. Sadәcә olaraq, İyanı uşaq evinә gәtirәndә burada
osetin uşağı da, kürd dә, ermәni dә vardı, rus isә yox idi.
Atasının adı Nikoloz olduğuna görә, qıza bu ada uyğun soyad
seçdilәr ki, qrup beynәlmilәl olsun.
Nunu xala! O qadın kim idi? İya narahat oldu, qәfil bir
duyğu onu ildırım kimi vurub titrәtdi.
Bәlkә... Yox... Mümkün deyil! Bәs başqa kim ola bilәr?
Doğrudan da, yuxu deyil ki! Anamdır? Hәә, hәqiqәtәn, anam
olacaq. Bu vaxtacan necә dәrk elәmәmişәm? Va-a-ay, ana!!!
Gülmәk istәdi – gülә bilmәdi, ağlamaq istәdi – gözündәn
bir damcı yaş çıxmadı.
Vay, anacan!!!
Ayağa qalxmaq istәdi – qüvvәsi yox idi.
Başını yastığa qoydu – rahatlana bilmәdi.
Vay, ana-a-a!!!
Ana... Anacan... Ana-a-a!
Әgәr anamdırsa, mәndәn bunu niyә gizlәtdi? Yәqin,
utandı. Anamı artıq görmәk istәmәdiyimi ona dedim axı. Bir
dә nә vaxt gәlәcәk, görәsәn? Birdәn heç gәlmәdi?
Bir gün әvvәl etdiklәri söhbәt yadına düşәndә qıpqırmızı
oldu. Boşboğazlıq edib bu şeylәri ona danışmaq nәyә lazım
idi? Bәlkә dә, mәnim kimi övladı olduğuna görә xәcalәt çәkir.
Bәlkә, heç mәni bir daha görmәk istәmir. Arxası üstә uzandı,
280 dünәnki söhbәti fikrindә sözbәsöz yada salıb bәrpa etdi...
Qonağa – qonağa yox, Nunu xalaya, yox, anasına, hәr
kim dirsә, bir sözlә, o mәrhәmәtli xanıma – әl işlәrini göstә -
rirdi...
– Bu rәfiqәm Ninkadır, texnikumda birgә oxumuşuq...
– Vaxo ilә uşaq evindә birgә böyümüşük, – kәtana
toxuduğu portretlәr barәdә mәlumat verirdi.
Qadın gözlәrini portretlәrdәn birinә zillәdi.