Page 283 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 283
Maüvala Qonaøvili
ayaq izlәrinin üstünә döşәdim. O qalxıb әvvәlcә döşәmәdәki
çobanyastığılarına tәәccüblә baxdı, sonra güldü: “Eh, adamın
bәxti gәtirmәyәndә, heç gәtirmir. Biri mәni әbәs yerә
tәmizkarlıqla boğur, o birisә palçığı güllә bәzәyir”.
– Yaxşı, Nunu bu vaxtacan haradadır?
İya yerindәn qalxıb qapıya yaxınlaşdı, başı hәrlәndi. Yenә
yatağın üstünә çökdü.
– Gәlmәyәcәk. Yәqin, saf vә namuslu övlad arzulayırdı.
Mәn isә... başqasının әrinin vәfalı küçüyündәn başqa, bir şey
deyilәm.
Gәlmir, gәlmәsin! Bәs nә bilirdi?!. İyirmi yaşına çatdım,
di gәl bir dәfә üzünü görmәdim, bir dәfә mәndәn ötrü darı x -
madı. “Qanadlı mәlәk” ola bilәrdim? Belә olduğuma da heç
özüm inanmıram. Yaxşı ki, bütün dünyaya nifrәt elәmәdim!
Gәlmәsin, gәlmәsin, gәlmәsin! Daha nәyimә lazımdır!
Heç içәri girmәyә dә qoymayacağam.
Qapını kilidlәdi. Dözә bilmәyib yenә açdı. Uzandı.
Arxasını qapıya çevirdi. Ayaq sәsi eşitdi. Yorğanı başına çәkdi.
***
– Necәsәn, İya? – qadının xoş, mülayim sәsi gәldi. – İya,
nә olub? Yoxsa özünü pis hiss elәyirsәn?
Qadın gәtirdiyi almaları masanın üstünә düzdü.
Anlaşılmaz bir qüvvә İyanın ağzını yummuşdu. Qız gözünü
qadına zillәyib daşa dönmüşdü.
“Yoxsa әrim qayıdıb? – qadının ağlına gәldi. – Bu qıza nә
olub? Yoxsa kim olduğumu bilib? Allah mәni öldürsün! Bu-
rada nә sülәnirәm?! Özümә rәfiqә tapmışam! Hәmişә yüngül- 283
beyin olmuşam, elә buna görә başıma belә işlәr gәlir, – qadın
hәyәcandan boğulurdu, yanaqları pörtmüşdü. – Allah mәnә
ölüm versin!”
– Kim olduğunuzu bilirәm, – qız qәfildәn dillәndi. –
Yardım göstәrdiyinizә görә çox sağ olun, amma mәni çoxdan
mәhkum elәmisiniz.
– Mәn sәni, yoxsa sәn mәni? Qancıq! Sәni bu әllәrimlә
öldürәcәyәm! – qadın artıq qışqırırdı.