Page 288 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 288
Görcö nÿsri antologiyası
Apreldә xalis yay istilәri başladı. Günәşin gözlәnilmәdәn
qızdırdığı hava Gürcüstan iqliminin sanki Oksanaya bәxş
elәdiyi son hәdiyyә idi. Oksana hәrarәtlә nәfәs alan Tbilisidә,
qәlblәri sevgi vә şәfqәtlә dolu adamların arasında hәyatla
vidalaşmaq üçün canını soyuqdan qurtarmışdı.
Ağaclar tumurcuqlamağa başlamışdı. Oksananın sifәtinin
dәrisi dә tamam çat-çat olmuşdu. Azacıq vaxt tapan kimi
әvvәlcәdәn Mayanı xәbәrdar edib, Oksanayla birgә gәzmәyә
çıxırdıq.
Gündüzlәr qızılı günәş Veri parkının üzәrindә bәrqәrar
olur, istisini parka yayırdı. Oksananın әhvalı gözgörәsi
yaxşılaşmışdı. Şam ağaclarının xışıltısına qulaq asır, tәmiz, ilıq
havanı ciyәrlәrinә çәkir, slavyan-gürcü lәhcәsindә qızğınca -
sına danışırdı. Xeyli müddәt parkda gәzirdik. Bir dәfә Oksana
Mavi monastırı görmәk istәdi, getdik. O, әlindә kiçik şam
tutmuşdu, heyrәtamiz mavi gözlәrini ikonalardan ayırmırdı.
Salamat qalan yalnız o qәşәng gözlәr idi – buna görә dә Ok-
sana gözlәriylә danışır, hәm dә gözlәriylә dua elәyirdi...
Bu mavi gözlәr onun tbilisili tanışları üçün qarşılarındakı
adamın başqası yox, doğrudan da, Oksana olduğunu tәsdiq
elәyәn yeganә dәlil-sübut idi. Üzünә dikilmiş diqqәtli
baxışlardan qorunmaq üçün qara şüşәli iri eynәyini taxanda,
o artıq Oksana olmurdu...
Biz Georgi ilә onu hava limanında çox gözlәmәli
olmuşduq. Qapıdan sonuncu çıxmış, bizә o qәdәr asta-asta
yaxınlaşmışdı ki, kәdәrdәn ürәyimiz sıxılmışdı. Әlindә kiçik
çanta vardı, dәqiqәbaşı nәfәsini dәrmәk üçün dayanırdı. Qara
288 şüşәli iri eynәk taxmışdı. Ona baxa-baxa fikirlәşirdim: bu,
doğrudanmı Oksanadı?.. Arxasınca kimsә gәlmirdi, Kiyev –
Tbilisi reysi ilә uçan tәyyarәdәn çıxan axırıncı sәrnişin idi. “Bu
da o”, – әlimlә işarә verdim. Georgi tәәccüblә mәnә baxdı:
“Onun Oksana olduğuna әminsәn?”
O idi. “Çantamı götürün”, – salamlaşan kimi xahiş elәdi.
Çantanı çiynimә aşırdım, bayıra çıxdıq, dәrhal da taksi
sürücülәrinin әhatәsinә düşdük. Canımızı onlardan güclә
qurtardıq. Hava istiydi. Başımızın üzәrindә Günәş bәrq vu-