Page 293 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 293
Øota Èataøvili
eynәkdә vә bir şüşә araqla sәrxoş halda şәhәrdә gәzdiyini,
onun daimi qulluğa ehtiyac duyduğunu, ailә vә iş qayğılarım
üzündәn daim yanında ola bilmәdiyimi, ailә üzvlәrindәn
birinin Tbilisiyә gәlmәsi üçün Kiyevә, Oksananın
valideynlәrinә zәng elәdiyimi yazmaq mütlәq lazımdımı?
Bәyәm onun atasının nә cavab verdiyini (axı onlar Oksananı
belә vәziyyәtdә buraxmaq istәmirdilәr, amma çığır-bağır salıb
dediyinin üstündә durduğundan valideynlәri әlimyandıda
müәyyәn qәdәr pul tapıb vermәli oldular) sözbәsöz çatdırmağa
ehtiyac varmı? Bәyәm ondakı hәyat problemlәrinin hәllinә
soyuqqanlı yanaşdığıma görә Oksananın mәndәn bәrk in-
cidiyini söylәmәk gәrәkdimi?)
Arabir qeyd dәftәrçәsini dәyişmәk, telefon nömrәlәrini
köhnәdәn tәzәyә köçürmәk lazım gәlir. Amma bәzi
münasibәtlәr köhnә qeyd dәftәrçәsi kimi sürtülüb sıradan
çıxıblar, bәzilәrisә sadәcә mәsәlәn, ölüm kimi zәrurәt üzündәn
yarıda qalırlar. Oksananın Kiyevdәki telefon nömrәsini hәr
dәfә inadla növbәti qeyd dәftәrçәsinә köçürüb, nömrәlәri bir
daha lazım olmayacaq adamlar kimi onun, bәlkә dә, daha sağ
olmadığı barәdә fәrziyyә yürütmәyә qorxurdum. Adamlar
gәlirlәr, gedirlәr. Bütün bunlar fasilәsiz qan dövranına oxşayır,
sanki borucuq vasitәsilә şah damara qan әvәzlәyicisi vurulur,
hәr yeni tanış isә sәnin qeyd dәftәrçәnin sәhifәsinә düşәn
növbәti damcıdı... Oksananın sağ olub-olmadığını bilmirdim,
bununla belә, telefon nömrәsini saxlayırdım, amma özümdә
cәsarәt tapıb Kiyevә zәng vurmağa, hәqiqәti öyrәnmәyә qor -
xurdum. Dәfәlәrlә nömrәsini son rәqәmәcәn yığdım – amma 293
xәttin o başında zәngin çalınmasına imkan vermәdәn dәstәyi
qoydum...
Oksana kim idi – xeyir, yoxsa şәr mәlәyi? Sәrxoşların,
yoxsa xәstәlәrin mәlәyi?.. Kiyevin, yoxsa Tbilisinin sәmasında
uçur? O, bizә nәyi öyrәdib – hәyatdan ikiәlli yapışmağı, yoxsa
ölümü qovmağı? Nәhayәt, mәn onun mümkün ölümündәn
qorxmalıydımmı?