Page 294 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 294
Görcö nÿsri antologiyası
Yay gecәlәrinin birindә dostumla bizim evimizdә yaxşıca
içdik, tam sәrxoş halda ona Oksana barәdә danışdım, qәfildәn
hiss elәdim ki, daha hәqiqәti öyrәnmәkdәn qorxmuram,
әslindә, hәqiqәti bilmәk hәr şeydәn vacibdi. Götürüb onun
nömrәsini yığdım... vә telefona Oksana özü cavab verdi.
Bağ evindә peycer siqnal verdi. Mürgülәyәn Maya dәrhal
ayıldı. Ekranda yazılmışdı: “OKSANA ZHIVA! SHOTA”.
Maya uzun-uzadı o üç kәlmәyә baxdı, sonra dombalmış
qarnını sığallayıb gülümsündü. Bilirdi ki, bir neçә dәqiqәdәn
sonra Xatianı qucaqlamış sağlam vә mavigöz Oksana yuxu-
suna girәcәk.
294