Page 299 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 299
Aka Mor÷iladze
Bundan sonra әr vaxtının çoxunu yatağında eşәlәnmәklә
vә televizora baxmaqla keçirir. O lәnәtә gәlmiş kağız qapaqlar
ortaya çıxmasaydı... Şübhә elәyirәm ki, bu әhvalatı arvadıma
anam danışıb, çünki arvad-uşaq bir yana gedib qayıdanacan
yatağımdakı döşәyi iri deşiklәr bәzәyir, televizorunsa tәmirә
ehtiyacı olur. Bir dәfә hәtta iş yoldaşım da mәnә dedi:
“Sizinkilәr üç gündür gәliblәr?” – “Nә bildin? – ondan
soruşdum. “Bәyәm üç gündür demirsәn ki, dalağım ağrıyır,
әlli yaşında ölәcәyәm”.
Bax belә. Süjetdәki qәhrәmanlar açıq-aydın bizik.
Sözün qısası, arvad “Avstriya hava yolu” ilә getdi (Nәyә
görә Avstriya? Bu barәdә danışmayacağam). Gecә isә artıq
Parisdәn Cğnetiyә zәng vurdu: “Sağ-salamat gәlib çıxdım”.
Daha sonra da әrinin yadına saldı ki, gecә vaxtı yağlı yemәklә –
kolbasayla qarnını doldurmasın, soyuducuda iki banka qatıq
var... ümumiyyәtlә, “hәmişә qatıq al, çünki xörәk bişirmәyi nә
bacarır, nә dә sevirsәn.”
Kişi qatıq yeyә-yeyә kağız qapağa göz gәzdirir. Kağız
qapaq iki qatlanmış kitab vәrәqidir. Kişi vәrәqi oxuyur, inanır
ki, bu vәrәq heç vaxt rastlaşmadığı bir romanın iyirmi yeddinci
sәhifәsidir. Onu maraq götürür. Bundan sonra kişi ikinci qatıq
bankasının qapağını әvәz elәyәn vәrәqi dә oxuyur,
oxuduqlarının eyni kitabın iki müxtәlif fraqmenti olduğunu
yәqinlәşdirir. O, kitabları yaxşı tanıyır. Hiss elәyir ki, vәrәqlәr
әllinci illәrdә çap olunmuş bir kitabın sәhifәlәridir. Amma oxu -
duqca heyrәtlәnir: o vaxt belә bir yazı necә çap oluna bilәrdi?
Kitabın müәllifini, tәxmini dә olsa, dәqiqlәşdirә bilmir.
Belәliklә, kişi namәlum kitabı axtarmaq qәrarına gәlir. 299
Elә ertәsi gün sәhәr tezdәn arvadının qatığı kimdәn
aldığını öyrәnmәk üçün qonşuları sorğu-suala tutur. Ancaq
hamı arvadın qatığı ondan aldığını deyir. Aydındır ki,
qatıqsatanlar yeni müştәrini әlә keçirmәk istәyirlәr. Kişi
qonşunun birindәn bәxtәbәxt qatıq alır. Ancaq qonşunun
satdığı qatıq bankası qapaqsızdır. O, satıcıdan bankanın
qapağını tәlәb elәyәndә qatıqsatan deyir: “Budur, burada, bir