Page 298 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 298
Görcö nÿsri antologiyası
xaricә hәr dәfә mәn getmişәm, arvadım isә daim Cğnetidә
qalıb. Hәr dәfә gedәndә dә ona söz vermişәm ki, bir az pul
qazanıb gәtirәcәyәm, Sinopa gedәcәyik. Bu günәcәn nә
Sinopa gedә bildik, nә dә arvadıma iş tapa bildim. Arvad isә
zirәk çıxıb özünә iş dә tapdı, Parisә dә getdi, evә qatıq da alıb
qoydu. Qatıq isә әgәr yadınızdadırsa, bu süjetdә әsasdır. Mәn
bunları başa düşәnәcәn bir neçә gün keçdi.
Arvadım uşaqlarla birgә Qәrbi Gürcüstanda idi. Ona zәng
vurdum. Dedim, belә-belә, demәli, sәnin süjetinin mәnası bu
imiş. Yenә güldük, gülә-gülә dә ona tәklif etdim ki, romana
mәhәbbәt süjet xәttini dә artırsın. Arvad ezamiyyәtdә, kişi isә
yaradıcı tәbiәtlidir, hәtta demәk olar, avaranın biridir. Arvadın
evdә olmadığı müddәtdә mütlәq meylini başqa qadına
salmalıdır. Ona görә ki, kitablarda belәdir. Sizә deyim, çox ro-
mantik dә xanım seçdim. O, arvadın türk hәmkarının Sevgi
adlı qızıdır. Bu xәtt kitabı axtarma xәttiylә paralel olaraq
gәlmәli, arvad evә qayıtdığı zaman әhvalatın gәrginliyini
artırmalıdır, çünki axtarılan kitabın fraqmentlәri mәhz әrlә
Sevginin macәrasını әks etdirir.
Arvadım dedi ki, sevgililәrә vә bu cür şeylәrә heç ehtiyac
yoxdur. Әsas odur ki, kişi qatıq bankalarının qapaqlarında elә
bir әhvalatla rastlaşsın ki, qadınlar heç yadına da düşmәsin.
Mәn yenә dә inadkarlıqla türk qadınının süjetә әlavә
olunmasını tәlәb edirdim. Birdәn gülә-gülә başa düşdüm ki,
süjet bizim haqqımızdadır, yәni bizim hәyat tәrzimiz
barәdәdir. Maraqlı da elә burasıdır. Mәn min cür şey yazıram,
amma o yanımda olsa da, elә bil can qoyduğum işә laqeyddir.
298 Süjetin bizә aid olduğunu tezliklә baş verәn hadisәlәr dә
tәsdiq etdi. Әvvәlcә onu demәk istәyirәm ki, hәmin telefon
söhbәtinin ertәsi günü borca görә telefonumu kәsdilәr. Süjet
barәdә apardığımız müzakirә uzun çәkmişdi, üstәlik dә, ayın
sonu idi.
Әhvalat yayda baş verir, arvadım deyir ki, yayda baş verәn
bu әhvalat yalnız kitabın birinci fәslinә, yәni arvad әrinin
bağdakı evini tәrk etdiyi dövrә aiddir. Sonra әr vә onun dostları
arvadı hava limanından yola salırlar.