Page 296 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 296
Görcö nÿsri antologiyası
ARVADIMIN ROMANI
rvadım kitab süjeti fikirlәşib. Tәәccüblәnmirәm,
Açünki belә bir şey üç il әvvәl dә baş vermişdi. Onda
çox güldük. Hәmin süjetә nәinki onda, elә bu gün dә gülürük.
Süjetdә iki sevgilinin mәnzilindә iki soyuducu var. Yazdığı
Şolom Aleyxemin “Südçü Tevye vә onun qızları”na, daha çox
isә Qurban Sәidin “Әli vә Nino”suna, “Tristan vә İzolda”ya
vә ümumiyyәtlә, iki gәncin mәhәbbәt macәrasından bәhs edәn
uydurulmuş bütün süjetlәrә oxşayır. Çox sәmimi, ağlagәlmәz
әhvalatdır. Ehtimal ki, bu cür әhvalatları on doqquzuncu әsrdә
cәnub ölkәlәrinin hansısa bir vilayәtindә yaza bilәrdilәr.
Adәtәn, belә süjetlәrdә baş qәhrәman mütlәq mәşhur
seriallardakı kimi – zalım plantasiyaçı әrinin әlindәn cana
doymuş, qәlbi azadlıq istәyi ilә dolu bir qadın – olmalıdır.
Arvadım nәinki hәr hansı süjet, hәm dә müxtәlif sәpkili
ağlagәlmәz şeylәr – tutaq ki, Çin mәtbәxindәn çeşid-çeşid
xörәklәr, yaxud fransız sousları – fikirlәşmәyә adәt elәyib.
Maraqlı burasıdır ki, onun fransız souslarından heç başı
çıxmır, Çin mәtbәxini dә çox sәthi tanıyır, amma hazırladığı
xörәklәr nәdәnsә çox lәzzәtli olur.
Elә süjet fikirlәşmәyi dә bunlara bәnzәr bir şeydi, çünki
arvadım o qәdәr dә ciddi oxucu deyil, müasir әdәbiyyatla kitab
mağazalarında Ancela Karterin vә ya İyen Benksin
romanlarını axtaracaq dәrәcәdә maraqlanmır. O, hәmişә
seçilmiş әsәrlәr oxuyur, oxuduqları isә vaxtilә sevdiyi
296 kitablardır. Yәni Alberto Moravianı tanıyır, Umberto Ekonu
isә tanımır. Ekonun kitabını arvadıma tәklif etsәniz, görәrsiniz
ki, kreslonun üstündә atılıb qalıb, arvadım isә Moravianın
köhnәlib üzülmüş cildini vәrәqlәyir. Mәncә, o, sevdiklәrinә
sәmimiyyәtlә vә sәdaqәtlә yanaşır. Bu da sevindiricidir. Bax-
mayaraq ki kitab yazır, gecә-gündüz mütaliә edirәm, arvadım
әdәbiyyata o qәdәr dә maraq göstәrmir. Bu da qәribә deyil.
Bu әhvalat eynilә Çin restoranlarında baş verәn әhvalata
oxşayır. Әslindә, belә bir şey arvadımın ağlına gәlmәmәliydi.