Page 301 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 301
Aka Mor÷iladze
kitabı әlindә pis fırladırsan”, – deyir. Bu, bizim ailә deyi -
mimizdir, çünki bir dәfә rәhmәtlik atam gürcü yazıçısının
kitabını pәncәrәdәn atıb. Otağında yazı masasının arxasında
oturmuşdu. Kitabı oxudu, oxudu, sonra isә ayağa qalxdı,
pәncәrәni açıb bayıra fırlatdı. Bu hadisәdәn sonra hәmin deyi -
mi ailәdә işlәdirik. Ancaq arvadım hәmin xәbәrdarlığı
emosiyaların çoxluğundan mәnim kitab oxuya bilmәmәyimlә
әlaqәdar olaraq elәyir. Belәliklә, bu mәsәlә dә aydınlaşdı.
Süjet arxasında qadın durur, eyni zamanda, süjetin özündә
hәmin qadın hәtta xilaskar kimi göstәrilir. Bunu tezliklә
görәcәyik, bu da arvadımı tanıyanlar üçün heç dә tәәccüblü
deyil.
Qonşulardan aldığı mәlumata görә, әr belә bir qәrara gәlir
ki, arvadı qatığı bazardan alıb. Cğnetinin bazarı ovuc içi
boydadır, cәmi iki-üç nәfәr qatıqsatan ola, ya olmaya.
Axşamçağı ora gedәn әr meyvәsatanlardan başqa, heç kimi
tapa bilmir. Bu dәfә kefi daha çox pozulur, gecә isә arvadı
zәng vurub halını soruşur. Әslindә, yayda bağda yaxşı
dincәlmәk olar. Lakin әrin kefi yoxdur. Arvadından soruşur ki,
qatığı hardan vә kimdәn almısan. Bu söhbәtә, iki qәribә vәrәq
haqda izahata vә başqa xırda mәqamlara toxunmayaq.
Nәzәrinizә çatdırım ki, arvad әrinin “axtarışlarını” ciddi
surәtdә dәstәklәyib bazardakı qatıqsatan qarını tәsvir elәyir.
Belәliklә, әr gecәni sәhәrәcәn yatmır, sәhәr açılar-açılmaz
bazara yollanır. Şübhәsiz, bu belә dә olmalıydı.
Bazarda üç qara geyimli qarı qatıq satır. Üçünün dә
satdıqları qatıq bankalarının qapaqları kitabdan qoparılmış
vәrәqlәrdir. Әr çalışır ki, qapaqların üstündәki yazıları oxusun, 301
amma bu hәrәkәtiylә hamını heyrәtlәndirir, özü isә lap
әsәbilәşir. Buna görә, hamısının qatığını – tәxminәn on beş
bankanı – alıb evә qayıdır. Soyuducu qatıq bankalarıyla dolur.
Kişi bir-bir vәrәqlәri açır, düzәldib seçir. Onun üçün maraqlı
olan kitabdan yalnız vәrәqin ikisi ola bilәr. Şriftlәrin vә
vәrәqlәrin ölçülәri uyğun gәlir. Qalan vәrәqlәrdәn yenә ikisi
şübhәlidir, amma onlar daha çox saralıb. Hәmin dörd vәrәqdә
iki gün әvvәl tapdığı personajları görmür, ancaq hekayәdәki