Page 303 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 303
Aka Mor÷iladze
maq olar, ancaq nadir hallarda mümkündür. Qatıqsatan lardan
isә yalnız qatığı kimdәn aldıqlarını öyrәnmәk olar.
Bir günlük iş; mәlumat yığmaq vә qatıqsatanları görmәk,
onlarla bilavasitә danışmaq, mükafat tәklif etmәk, cırıq-cırıq
olmuş cildlәri gözdәn keçirmәk, axırda mәyus olmaq... Hәmin
vәrәqlәrә azacıq uyğun gәlәn bir şey yoxdur. Әr (yazıq әr)
tualetlәrdәki mıxlardan asılmış kitab vәrәqlәrinә baxmaq üçün
gizlicә ayaqyollarına girir.
Әhvalatımızın bitmәyinә az qalıb, istәyirәm, sizә balaca
bir mәsәlәdәn dә söz açım. Әlbәttә, hәmin hadisәni dә mәnә
arvadımın söylәdiyini vә süjet düyününün açılmasının onun
gәlişiylә bağlı olduğunu demәyә yenә utanıram. Amma başqa
cür dә ola bilmәz. Mәsәlә belәdir: Cğnetidә bir neçә
köhnәlmiş, boş bağ evi var. Malikanәlәrin bәzisi dövlәtә aid
olsa da, bәzisi şәxsi mülkiyyәtdir. Hәmin evlәrin boş
qalmasının sәbәbi budur ki, onları hәlә 50-ci illәrdә gәrәksiz
yerlәrdә tikiblәr, bu gün isә heç kim bağ evinin o әrazilәrdә
olmasını istәmir. Hәmin mülklәrdәn birini – Canaqovun evini
hal-hazırda bir varlı adam alıb. Çox sevindiricidir ki, alan
adam inqilabdan әvvәl tikilmiş o evi qalaya çevirmәyib,
әksinә, әl gәzdirәrәk daha da gözәllәşdirib. Canaqovun yiyәsiz
qalmış malikanәsi Çexovun pyeslәrinin sәhnәlәşdirilmәsi üçün
әn gözәl yer olardı. Hәmin evdә vaxtilә pionerlәr istirahәt
edirdilәr. Arvadım kitaba qotikanı da daxil etmәk istәdi,
fikirlәşdiyi süjet üçün Cğnetidәki bir neçә köhnә mülkdәn
mәhz hәmin evi seçdi.
Tәbii ki, evin qarovulçusu vardı. Yay olanda qarovulçu
çarpayısını hәyәtdәki ağacın altında açıb yatır, mal-qaranı isә 303
yaxınlıqdakı otlağa buraxırdı. O ev çox xoşuma gәlirdi,
otaqlarında da cğnetili Merabla birgә tez-tez veyillәnirdim.
Evdә tәsәvvürә gәtirә bilmәdiyiniz sükut hiss olunurdu. Hәmin
evi çox sevdiyimi arvadım yaxşı bilir. Pulum olsaydı, onu
alardım da. Buna görә, arvadımın süjetindә nostalji notlara da
yer ayrılırdı.
Sözün qısası, arvad Parisdәn qayıdıb mәsәlәni araşdırmağa
başladı. Mәnә elә gәlir, o avaranın zövcәsi dә eynilә arvadım