Page 308 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 308

Görcö nÿsri antologiyası

                   – Nәә?
                   – Bilirsәn, nә deyirәm. Ona dediyimdәn, – baş barmağıyla
               arxa tәrәfi göstәrdi.
                   Mәni yenә gülmәk tutdu:
                   – Bax anama söysәn, bu mәsәlәdә çempion olarsan.
                   Mәnә    yaxınlaşıb   qollarını  boynuma     doladı.
               Dodaqlarımdan öpdü, sol dizi ilә yavaşca xayama vurub:
                   – Mәn onsuz da çempionam, – dedi.
                   – Dәli olmusan? – deyә bağırdım.
                   – Cәhәnnәm ol, – Li üzünü mәndәn çevirdi, dәrhal da yola
               düzәldi.
                   Bir anlığa yerimdә donub-qaldım. Yolu tutub gedәn Linin
               arxasınca baxdım. O gedir, mәnim üçün hәmin mәqamda
               mövcud olan hәr şeyi özü ilә aparırdı. Bu dünyada mövcud
               olan hәr şeyi. Gedir, arxadan daha da gözәl görünürdi. Li gedә-
               gedә qollarını yuxarı qaldırır, barmaqlarıyla yaş saçlarını
               daraqlayır, yalnız qadınlara xas olan tәkrarolunmaz yerişlә
               irәlilәyirdi. Onu sәslәdim, amma düşündüm ki, dayanmaya-
               caq. Geri çevrilib gülümsәyә-gülümsәyә әl yellәdi. Lini
               haqlayıb saçlarını sığalladım. O, gözlәrini yumub başını geri
               әydi. Boğazının altından öpdüm. Hiss etdim ki, arxamdan bir
               maşın keçdi, amma tәrpәnmәdim.
                   – Başımı sığallama, xahiş edirәm, – Li yerindә donub-
               qalmışdı.
                   Özümü eşitmәzliyә vurub onun üz-gözündәn öpür,
               barmaqlarımla boynunun ardını sığallayır, tövşüyә-tövşüyә
               qucaqlayırdım. O isә yavaş-yavaş geri çәkilirdi. Sonra bilәk -
        308    lәrimdәn tutub qollarımı açdı, gülümsәyib yanağımdan öpdü.
                   – Bu da sәnin. Bәsindir. Bundan artığına layiq deyilsәn.
                   Cibimdәn siqaret çıxarıb yandırdım.
                   – Mәnә dә ver, – әlini mәnә uzatdı.
                   İkinci siqareti yandırıb ona verdim. Sonra yenidәn
               gödәkcәmi çiyninә saldım, әlimi boynundan çәkmәdәn ağır
               addımlarla yerimәyә başladıq.
                   – Xәtrinә dәydim, hә? – Li üzümә baxdı.
   303   304   305   306   307   308   309   310   311   312   313