Page 309 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 309

Èrakli Cavaxadze

             – Bir dә belә elәmә, – dedim.
             – Heç vaxt. Mәndә hәrdәn belә şey olur, – gözlәrini harasa
          uzaqlara zillәmişdi. – Bir dә belә elәmәyәcәyәm, söz verirәm.
             Yağış yavaş-yavaş şiddәtlәnirdi. Linin barmaqları arasın -
          dakı siqaret islanıb söndü. Öz siqaretimi ona uzatdım, siqareti
          aldığı mәqamda ilk dәfә:
             – Sәn çox gözәlsәn, – dedim.
             Güldü, mәnә göz vurub siqareti yola atdı.
             – Düzdür, gözәlsәn, mәnsә sәnin sözünә baxdığıma görә
          axmağam. Gәrәk maşınla gәlәydik, – öz-özümә dedim.
             Qәfildәn ikimiz dә dayandıq.
             – Sevirsәn mәni?
             Gerçәkdәn hәmin mәqamda belә bir sual gözlәmirdim.
             – Gör nә soruşursan, balaca uşaqsan?
             – Әlbәttә, uşağam. Vur-tut on doqquz yaşım var, – başını
          aşağı salıb çox qәribә, kәdәrli sәslә cavab verdi.
              İndi yadıma düşdü ki, Li on doqquz yaşında – qadın
          olmasına, gözәlliyinә, davranışına baxmayaraq, cәmi on doq -
          quz yaşındadır. İstәdim deyәm ki: “Hәmişә sәnin yanında
          olmaq istәyirәm”. Lakin heç nә demәdim. Burnunun ucundan
          öpdüm. Sonra da ürәyimdәn keçdi ki, әyilib dizlәrindәn öpüm.
          Elә dә elәdim. Әgәr bunu elәmәsәydim, özümü ömrüm boyu
          bağışlaya bilmәyәcәkdim. O, bir addım geri çәkilib mәni
          ürkәk baxışlarla süzdü.
             – Yaxşı ki dizinlә üzümә vurmadın, – istehzayla dillәnib
          ayağa qalxdım.
             Susdu. Әlini mәnә uzadıb gülümsündü. Qәfildәn: “Yaman
          yağır”, – deyib qaçmağa başladı.                         309
             Çiynindәki gödәkcәdәn bәrk-bәrk yapışmışdı ki, düş -
          mәsin. Bir qadın çınqıllı yolda necә yöndәmsiz qaça bilәrsә,
          o da o cür yüyürürdü.
             Arxasınca qışqırdım:
             – Hara qaçırsan? Yıxılarsan! – sonra dalınca götürüldüm.
             Liyә çatar-çatmaz yönünü özümә sarı çevirdim.
             – Nә olub sәnә, hara qaçırsan?
   304   305   306   307   308   309   310   311   312   313   314