Page 307 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 307
Èrakli Cavaxadze
ÇEMPİON
prel ayının sonu idi. O axşam yağış dünyanı yuyub
Aapardı. Sәhәr mәn Li ilә şәhәrdәn çıxanda gün
yandırırdı, heç tәsәvvür elәmәzdim ki, hava bu qәdәr dәyişsin.
İndi isә geri qayıdırdıq. Yolun kәnarında durub Tiflis sәmtә
gedәn maşınlara әl edirdik. Hәr iki tәrәfdә dә yağışdan
islanmış bir neçә ev, bir dә parıldayan yaşıl otluq görünürdü.
Çınqıllıqda durub tir-tir titrәyirdik. Gödәkcәmi çıxarıb Linin
çiyninә atdım. “Özün üşüyәcәksәn” deyib razı olmadı, amma
sözünә әhәmiyyәt vermәdim. Belәcә, yarım saatdan artıq
dayandıq. Havanın qaralmağına hәlә bir qәdәr qalmışdı. Lakin
maşınların sayı tәdricәn azalırdı.
Axırda Li dedi:
– Burada qaldıq.
– Qorxma, bir minik tapılar. – sonra da, bәlkә, gün әrzindә
yüzüncü dәfә әlavә elәdim. – Gәrәk maşınla gәlәydik.
– Dәli olmusan? Onda çoxdan Tiflisә çatardıq, – Li mәnә
yaxınlaşıb әlimi sıxdı. – Belә daha yaxşı deyilmi?
Şıltaqlığı xoşuma gәldi. Çevrilib onu öpdüm. Boynuma
sarıldı. Mәni bәrk-bәrk qucaqlayıb qulağıma nә isә pıçıldadı,
heç nә başa düşmәdim. Bir maşın göründü. Lidәn azca
aralanıb әlimi qaldırdım. Maşın bәrabәrimizә yaxınlaşanda
sürücü mәnә heç gözünün ucuyla da baxmadı, ancaq Lini
diqqәtlә nәzәrdәn keçirdi, üstәlik, xeyli uzaqlaşandan sonra
qanrılıb bir anlığa geri baxdı. Li kimisә ayağıyla vururmuş
kimi, maşının arxasınca havanı tәpiklәyib donquldandı. Başa 307
düşdüm ki, sürücünün anasını söydü, mәn dә gülmәyimi
saxlaya bilmәdim. Bütün bunlar ona çox yaraşırdı. Uşaq kimi,
bir qәdәr nәfәsini dәrib durdu. Yağışdan başdan-ayağacan is-
lansa da, xoşbәxt görünürdü. Sonra qәfildәn mәnә sarı döndü.
– Nәyә gülürsәn, yoxsa sәn dә istәyirsәn? – çiynindәki
gödәkcәni götürüb üstümә atdı. Әllәrini belinә qoydu,
gözlәrini qıyıb qaşqabaqlı görkәm aldı.