Page 304 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 304
Görcö nÿsri antologiyası
kimi cğnetililәri dә, oranın bütün adamlarını da әrindәn dәfә -
lәrlә yaxşı tanıyır. Xüsusilә süjetdәki әr eynilә arvadım kimi,
çox emosional adamdır. Ona görә dә hәlledici sözü mәhz
süjetdәki arvad demәli, әrini dә bu baş ağrısından qurtar -
malıdır.
Arvad әhvalata qulaq asdı, xüsusi diqqәtlә qatıqsatan
nәnәlәrin deyil, qatıqçalanların kimlәr olduğunu soruşdu.
Ertәsi gün (gecә sәhnәlәri o kitabda vacib deyildir) arvad
evdәn çıxdı, bir saat sonra qayıdıb әrini yiyәsiz evlәrin birinә
apardı.
Daha aydın desәk, arvad çox asanlıqla öyrәndi ki,
qatıqçalanın biri mәhz hәmin evin vә әrazinin keşiyini çәkәn
qoca qarovulçudur. Qarovulçu isә çox qorxmuşdu. “Bir kişi
gәlib kitab axtarırdı”, – dedi. Ancaq arvadı üz vurduğuna,
tәklif olunan mükafata görә kişi sirri açdı: “Qarovulçu
olduğum evin zirzәmisi kitabla doludur, evdә kağız lazım
olanda oradan götürürәm”.
Nәticәdә әr hәmin sirli kitabın salamat qalmış hissәsini
әldә edә bilir, amma әsas bu deyil, çünki hәmin zirzәmidә
saysız-hesabsız kitab var. O kitablar gürcücәdir, әr dә
müәlliflәrin heç birini tanımır. Belәliklә, oğlan sehrli, hәtta,
demәk olar, paralel dünyanın kitabxanasına düşüb özünü
kitabların möcüzәli burulğanına atır.
Başqa cür desәk, arvadım mәni kitabların ixtiyarına
buraxdı ki, belә daha yaxşı olar. Çox razı qaldım. Qoy Parisә
getsin. Mәndәn olsa, Parisdәn dә gözәl yerlәrә göndәrәrdim.
Zirzәmidә aşkar edilmiş kitabxana barәdә isә istәnilәn
304 qәdәr söhbәt etmәk olar. Ayrıca kitab yazılmalıdır. Tәkcә kapi -
tan Saqinovun neçә romanı, yaxud Qardaş Xorxenin neçә gizli
saxlanılan yazıları var... Qәribә deyilmi? Arvadım: “Sәn canın,
dayan görüm, onsuz da, o qәdәr dәrdim, azarım var”, – deyib
Umberto Ekonun cildini kreslonun üstünә atdı. Eko bir yana,
Boris Akuninin “Altın-Tolobas”ını qırağa qoydu, eyni za-
manda, çayı darçın, ya ona bәnzәr bir şeylә dәmlәmәk barәdә
fikirlәşdi.