Page 302 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 302
Görcö nÿsri antologiyası
üslub vә axıcılıq oxşardır. Qalan vәrәqlәr maraqlı deyil,
bәdbәxtlikdәn dә, әr o iki bankanı hansı qadından aldığını yada
sala bilmir. Birazdan yenә dostları gәlir, birlikdә Betaniya
kәndinә yollanırlar.
Sәhәr yatıb qaldığı üçün bazara gәlәndә qadınlardan yalnız
birini görür. Onu danışdırmağa başlayır: bax bankaların ağzına
vurduğun bu kağızları haradan alırsan, o kitabları mәnә
gәtirsәnә. Lakin qapaqlara göz gәzdirib görür ki, burada
axtardığı fraqmentlәrin ardı yoxdur. Bunu da deyim ki, ertәsi
gün qadın kişiyә iki kitab – Eskman Şatrianinin “Kәndlinin
әhvalatı” vә Orde Dqebuadzenin “Batmış qağayı”sını –
gәtirәcәk. Әr hәmin nәnәyә bir lari pul verib qadınların üçünün
dә yaşadığı yeri öyrәnir.
Yenә dә Parisdәn arvadın mәlumatı gәlir: ola bilsin,
bazardakılar heç qatıqçalanlar deyil, sadәcә alverçidirlәr.
Mәncә, Cğnetidә o nәnәlәrdәn başqa, heç kәsin sәhәrdәn-
axşamacan bazarda oturmağa vaxtı yoxdur! Onlar da qatığı
qatıqçalanlardan alır, qiymәtinin üstünә on tetri qoyub satırlar.
Buna görә qapaq üçün istifadә olunan kitablar hәmin
qadınların evlәrindә tapılmayacaq. Demәli, nәnә özünün dә
xәbәri olmadan әrә tamamilә başqa kitablar sırıyıb. Qadınların
evinә getmәyin artıq bir mәnası yoxdur. O, gәrәk nәnәlәrin
qatığı kimdәn aldığını öyrәnsin. Onları dilә tutmağa başlayır.
Qonşulardan yenә dә bir xәbәr “çırpışdırmağa” çalışır. İki
gündәn sonra arvadı gәlmәlidir, әr bu işi arvadına hәvalә
elәmәk barәdә dә fikirlәşir. Çünki daha Cğnetini dә, cğnetili -
lәri dә yaxşı tanıyır.
Sözün düzü, bunu süjetdәki әr fikirlәşmir, sadәcә
302 arvadımın ağlına belә gәldi. Maraqlıdır, mәnimlә niyә
dalaşmır? Üstәlik, deyirsiniz ki, kişi hәm kitabı axtarsın, hәm
dә әylәnsin. Baş tutan iş deyil. Sәbәbini deyim. Evimizdә
çoxlu kitab var, hәtta bәzәn mәnә lazım olan kitabı da tapa
bilmirәm. Belә mәqamlarda çılğınlaşıram. Bunu uşaqlarım da
başa düşürlәr. Elә buna görә dә süjetdәki әr kitabı hiddәtlә
axtarır. Әsәblәr vә ilaxır... Çәtindir, çox çәtindir.
Hәm dә Cğnetidә ev kitabxanaları әsasәn yeknәsәqdir: 70-ci,
80-ci illәrin kolleksiyasıdır. 60-cı illәrin nümunәlәrini dә tap-