Page 297 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 297
Aka Mor÷iladze
Adәtәn, bu cür süjetlәr uğursuz mәhәbbәt, sosial gәrginlik, göz
yaşı vә xoşbәxt sonluqla bitmәlidir. Burada isә söhbәt qatıq
bankalarından, daha doğrusu, qatıq bankalarının kağız
qapaqlarından gedir. Bu, mәnim üçün çox gözlәnilmәz oldu.
Süjet çox sadәdir: gәnc әr-arvad Cğnetidәki bağ evindә
yaşayırlar. Arvad bir neçә günlüyә xaricә ezamiyyәtә getmәli
olur, evdәki soyuducunu isә, tәbii olaraq, әrzaqla doldurur. Әr
soyuducuda ağzı kitablardan qoparılmış vәrәqlәrlә örtülü iki
banka ev qatığı görür, kağız qapaqlarını gözdәn keçirәndә
anlayır ki, eyni kitabın başqa-başqa sәhifәlәridir. Hәmin iki
vәrәqdә yazılanlar kişini o qәdәr maraqlandırır ki, kitabı, daha
doğrusu, qatıqsatanı axtarmağa başlayır. Cğnetidә bu, çox
çәtin işdir, çünki iki evdәn birindә qatıq satılır, bazar isә evdә
çalınmış qatıqla doludur. Bax elә burada, heç olmasa,
müvәqqәti olaraq dayanmalıyıq. Çünki bәzi şeylәri
müәyyәnlәşdirmәliyik: arvadımın fikirlәşdiyi nәdir? Belә
baxanda, fövqәladә heç nә yoxdur. Mәsәlәn, dostlarıma hәmin
әhvalat da, mühit dә qәribә gәlmәzdi. Bir vaxt hәmişә
Cğnetidә qalır, buralara tәkcә qışda daşınırdıq, onda da
ürәyimiz yenidәn Cğnetini istәyirdi. Hәmin illәrdә Cğneti
tәndirxanalarında çörәk bişirmәk әvәzinә xәmir satırdılar.
Axşamlar Vake qәbiristanlığının yanından ora saat yeddidә tәk
bir sınıq-salxaq avtobus gedirdi. Әhvalat bu cür başlanır: sәhәr
tezdәn mağazadan evә qayıdan arvad әrini yuxudan oyadır.
Dünәn Tiflisdәn bir neçә oğlan vә qız onlara qonaq gәlmişdi.
Әrimiş dondurma, isti qarpız vә tәrlәmiş butulkalarla müşayiәt
edilәn mәclis uzun sürdüyündәn kişi dizlәrini düzәldә bilmir.
Bu gün dә, sabah da, birisi gün dә, elә yaxın iki hәftә әrzindә
evdә tәk olacaqdı, çünki arvad ezamiyyәtә gedir. Әhvalat 297
yayda baş verir, bu da qәribә deyil. Yayı Cğnetidә keçirәnlәr
yaxşı bilirlәr ki, ora tez-tez qonaq gәlmәsi adi haldır. Mәhz
burada birinci hiylәyә yaxınlaşdıq. Arvad ezamiyyәtә, özü dә
Parisә gedir. Görünür, yaxşı iş yeri var, әcnәbilәrlә hәrlәnir.
Әrin peşәsi süjetdә göstәrilmir. Ehtimala görә, o, yazı adamı
olmalıdır. İş yeri yoxdur, kitablara olan sevgisi isә әdәbiyyatla
bağlılığını göstәrir. Mәsәlә bundadır: bütün bu illәr әrzindә