Page 290 - Design_Gurcu_Antologiyasi_Layout 1
P. 290
Görcö nÿsri antologiyası
aramızdakı dialoq daha çox yadımda qalıb. Mәlum oldu ki,
lal-kar dilini bilәn qohumlardan biri o birilәri ötürürmüş. O,
mәn vә Zaza hava limanının binasından çıxanda ikinci
mәrtәbәnin şüşәsindәn artıq qeydiyyatdan keçmiş Oksananı
vә qeyri-adi dillәriylә öz aralarında qızğın söhbәt elәyәn digәr
iki nәfәri gördük. Onlar gözlә görünәn söhbәtә o qәdәr
dalmışdılar ki, ara vermәk istәmirdilәr. Şüşәdәn Oksanayla bir-
birimizә baxırdıq. Ona nәsә qışqırdım, ancaq çiyinlәrini çәkdi – yәni
eşitmirәm. Bu zaman Zaza qohumların kömәyindәn yararlan-
maq tәklifini irәli sürdü.
Oksanayla bir neçә dәqiqә lal-kar tәrcümәçilәrimiz
vasitәsilә danışdıq: qәlbimin dәrinliklәrindәn gәlәn sözlәr bir
göz qırpımında hәrәkәtlәrә çevrilirdi. Oksananın cavabları da.
İndi, artıq üstündәn xeyli müddәt keçәndәn sonra cismani
cәhәtdәn әldәn düşmüş Oksanaya baxıram, hәmin qeyri-adi
söhbәt haqqında xatirәni dostluğumuzu dramatik şәkildә
yenidәn başlamağı әvvәlcәdәn müәyyәnlәşdirәn bir әlamәt
sayıram.
Uzun müddәt şәhәri gәzdik. Әvvәlcә tәlәbә şәhәrciyinә
getdik: Oksana yanında qalmaq istәdiyi tanışını tapmaq
fikrindәydi. Hәmin adam orada yox idi. Sonra Avçalaya get-
dik. Maşında ab-hava yaxşı deyildi, Georgi dә, mәn dә zarafat
elәmәyә çalışırdıq, amma faydası olmurdu. Teatr haqqında –
az qala, yer üzündәn silinmiş teatrımız barәdә – söhbәt açmaq
daha yaxşı olardı. “Premyeradan sonra bizә necә tort gәtirdiyin
yadındadı?” Hә, әlbәttә, yadındadı – sifәtinin әzab dolu ifadәsi
bir dәqiqәliyә aydınlaşır. Oksana hamını – Datonu, Alekonu,
290 Nunukeni, İrineni... xәbәr aldı, mәndәn vә Georgidәn işlәrimi -
zin necә olduğunu soruşdu. Evlәnmişәm, arvadımın adı Maya,
üçaylıq qızımızın adı Xatiadı. Anam sağ-salamatdı, onun
Oksananı necә sevdiyini bilirәm. Şaxtalı qış gecәlәrindә
sözümüz tükәnәnәcәn söhbәt elәyә-elәyә kerosin pilәtәsinin
yanında qızınırdıq, axırda anam yer salır, Oksana da bizdә
qalıb, sәhәrәcәn şirin-şirin yatırdı.
Avçalada Oksananın tanışı Jukanı tapdıq. Maşındakıların